Taksi şirkətlərində 100 faiz qiymət ARTIMI

Taksi şirkətlərində 100 faiz qiymət ARTIMI Azərbaycanda taksi xidmətlərinin qiymətinin artdığı bildirilir.

“Bolt”, “Uber” və “Yango” taksiləri üçün minimum gediş haqqı bu gündən 2,50 manata yüksəlib.

Bu barədə məlumat verən sərnişinlər bildirirlər ki, əvvəllər bu qiymət 1-1,5 manata bərabər idi.

Məlumat üçün bildirək ki, taksi şirkətləri əsasən, “yüksək təlabat” zamanı qiymət əmsalını yüksəldir. Bununla gediş haqqında bahalaşma olur.

Taksi xidmətləri ilə bağlı parlament və nazirlik səviyyəsində müzakirələrin aparıldığı zaman, həmçinin yeni qərarların qəbul edildiyi ərəfədə oxşar xəbərlər yayılmışdı. Lakin sərnişinlərin hamısı bu məlumatları təsdiqləməmişdi.

Sözügedən şirkətlər ictimaiyyətə qiymət artımı ilə bağlı informasiya verməyib.

Oxşar xəbərlər