
Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il may ayının 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsi bütün türk müsəlman dünyasında ümumiyyətlə bütün şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun parlamentli respublika yaradılacağından xəbər verirdi. Bəyannaməyə əsasən milliyyətindən məzhəbindən sinfindən silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarını siyasi hüquqlar və vətəndaşlıq hüququ ilə təmin edir. Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanılması eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi. 1918-ci ilin 26 iyununda müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə faktiki olaraq ilk milli ordu yaradıldı. Milli Şura bir gün sonra novbəti mütərəqqi qərar qəbul etdi-Cümhuriyyətin dövlət dili Azərbaycan dili oldu.
Mürəkkəb beynəlxalq şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq xalqımızın inkişafını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti elmin təhsilin xalq maarifinin səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Sosial-iqtisadi yönümlü islahatların keçirilməsində mühüm addımlar məktəblərin gimnaziyaların kitabxanaların xəstəxanaların açılması idi. Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında verilən qanun isə tarixi bir xidmət idi. Tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimiz yenidən XX əsrin sonunda bərpa edildi.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin
tarix müəllimi Aygül Əfəndiyeva