
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Germi şəhər sakinləri Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən edilib.
Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
