
Bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin illik hesabatının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə su ehtiyatlarından səmərəli istifadə ilə əlaqədar olaraq 2020-ci ildən etibarən xüsusi komissiya yaradılıb: “Yaradılan komissiya davamlı olaraq ölkədəki su ehtiyatlarının monitorinqini həyata keçirir və dəyərləndirməni həyata keçirir”.
Baş nazir əlavə edib ki, su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində addımlar atılır: “Cari ilin əvvəlindən Azərbaycanın su anbarlarındakı su ehtiyatı 12,5 mlrd kubmetr təşkil edir ki, bu da ötən illə müqayisədə 2 mlrd kubmetr çoxdur.
Sudan səmərəli və qənaətlə istifadə edilməsi istiqamətində ciddi işlər görülməkdədir”, - baş nazir qeyd edib.