Bu gün Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır

Bu gün Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır Ölkəmizdə dövlət səviyyəsinində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. “8 mart-Beynəlxalq Qadınlar Günü” ölkəmizdə rəsmi şəkildə qeyd olunan bayramlardan biridir. Bayram ərəfəsində dövlət başçısı Azərbaycan qadınlarına təbrik ünvanlayır , onların bir qrupunu fəxri adlar, orden və medallarla təltif edir. Qadın istər tarixən , istərsə də müasir dövrdə cəmiyyət üçün ən vacib və dəyərli varlıq olmuşdur. Tarixə nəzər salsaq görərik ki, qadınların bəzi müdaxilələri hətta tarixin gedişini dəyişmişdir. Azərbaycan da həmişə dünyada qadına dəyər verən ölkələrdən biri olmuşdur. Şərqdə qadınlara ilk dəfə seçmə və seçilmə haqqını verən də ilk müstəqil dövlət olan-Azərbaycan Xalq Cumhuriyyəti olmuşdur. Bu tarixi hadisədən sonra qadınlar ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə başalmışlar. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadın hüquqlarının qorunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində, qanunların qəbul edilmısində rolunun artırılması dövlət siyasətinin əsas tərkib hissələrindən birinə çevrilmişdir. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. O , ölkə həyatının bütün sahələrində qadınların irəli çəkilməsini vacib hesab edirdi. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxarmışdır. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib. Bu da öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Bu gün Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Xeyirxah əməlləri ilə xalqın sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. Onun simasında dünya dövlətlərinə əsl Azərbaycan qadını obrazı təqdim olunur.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Lalə Mustafayeva

Oxşar xəbərlər