Müsədin Namazov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Müsədin Namazov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu bina və qurğuların layihələndirilməsini həyata keçirən, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodik-normativ sənədlərin və tövsiyələrin, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı prinsipi ilə fəaliyyət göstərən qurumudur. İnstitutun tərkibində Mühəndis-Geoloji, Topoqrafiya-Geodeziya və Seysmoloji Təhlil Mərkəzi fəaliyyət göstərir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Əməkdar Memarı Müsədin Namazovdur.

FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Əməkdar Memarı Müsədin Namazov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Müsədin Namazov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Əməkdar Memarı Müsədin Namazova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Əməkdar Memar Müsədin Namazov - Bu gün Azərbaycana münasibətdə beynəlxalq hüquq kobud şəkildə pozulub. Belə ki, səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Bu hücum həm yerli, həm də beynəlxalq hüquqa əsasən cinayət sayılır. Çünki İrandakı diplomatik missiyanın binası Azərbaycanın ərazisidir.

Məlum olduğu kimi, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusu və diplomatların təhlükəsizliyinin təmin olunması həmin ölkənin bilavasitə öhdəliyindədir. Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyanın 22-ci maddəsində yazılıb: "Nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər". Orada vurğulanıb ki, qəbul edən dövlət nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zədələnmədən qorumaq, nümayəndəliyin dincliyinin pozulmasının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Bu maddəyə əsasən, diplomatik nümayəndəliyin binaları, onların avadanlığı və orada yerləşən digər əmlakı, habelə nümayəndəliyin nəqliyyat vasitələri axtarışdan, rekvizisiyadan, həbsdən və icradan immunitetə ​​malikdir. Konvensiyanın 25-ci maddəsində isə göstərilib ki, qəbul edən dövlət diplomatik missiyanın funksiyalarını yerinə yetirməsi üçün bütün şəraiti yaratmalıdır. Beləliklə, Azərbaycanın İrandakı səfirliyinə edilən hücum birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik və bir terror aktıdır.

Biz artıq uzun zamandır müşahidə edirik ki, Azərbaycanın tarixi zəfərindən sonra İran ölkəmizə qarşı münasibətlərdə açıq düşmənçilik mövqeyinə keçib. Ümumiyyətlə, Azərbaycanın ortaq tarixi keçmişə malik olduğu İranla münasibətləri heç zaman hamar yolla getməyib. Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa can atan dövlət olsa da, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmir. İran da məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda özünü "İslam dövləti", "müsəlman təəssübkeşi", Azərbaycanın "mehriban qonşusu" kimi təqdim etməyə çalışır. Bu proses bu gün davam edir. İran Azərbaycana qarşı təxribatçı siyasət yeridərək, terror aktının baş verməsinə gətirib çıxaracaq bir mərhələyə gəlib çatıb. Belə olduğu təqdirdə isə İranda baş vermiş terror hadisəsini törədən cinayətkarlar məsuliyyətə cəlb edilməli, qanun qarşısında cavab verməlidirlər. Əgər İran tərəfi bunu etməyi qadir olmasa, o zaman Azərbaycan cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, bu cinayətkarları məhkum etmək bizim haqqımızdır.

Oxşar xəbərlər