Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış binasına çırpılma anını əks etdirən görüntülər yayılıb.Görüntülərdə döyüş təyyarəsinin idarəetməni itirərək yaşayış sahəsinə çırpılması öz əksini tapıb.
Hadisə zamanı ölənlərin sayı 13 nəfərə çatıb. Bildirilir ki, həyatını itirənlərin 3-ü azyaşlıdır.
Eyni zamanda döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 19 sakin də yaralanıb.