Ragim Lətifov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL

Ragim Lətifov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ragim Lətifov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovdur.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ragim Lətifov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ragim Lətifov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ragim Lətifovdan danışdılar yaxşı ki, Ragim Lətifov Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavinidir… Ragim Lətifov öz isguzarlığı ilə tanınır və seçilir….

Ragim Lətifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ragim Lətifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ragim Lətifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ragim Lətifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ragim Lətifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ragim Lətifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ragim Lətifov özünü doğruldub. Bizdə hörmətli Ragim Lətifovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi səhra şəraitində toplantı keçirib

Fövqəladə Hallar Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin Sumqayıt, Şimal, Muğan və Cənub Regional mərkəzlərinin mülki müdafiə məsələləri üzrə məsul vəzifəli şəxslərinə mülki müdafiənin vəziyyəti ilə bağlı “2022-ci ilin 9 ayının yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş səhra şəraitində toplantı keçirilib.

Toplantının məqsədi FHN-in regional mərkəzlərinin əhatə etdiyi ərazilərdə mülki müdafiənin idarəetmə orqanlarının fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətinin təşkili və onların birgə fəaliyyət mexanizminin işlənilməsi, rabitə və xəbərdarlıq sistemlərinin dayanıqlılığının təmin edilməsi, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin tətbiqi, mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi, mülki müdafiə təlim və məşqlərinin keçirilməsi, əməliyyat qərargahının fəaliyyətinin təşkili üzrə regional mərkəzlərin əməkdaşlarının hazırlıq səviyyələrinin yüksəldilməsi, onların qərargah fəaliyyəti üzrə vərdişlərinin təkmilləşdirilməsi və səhra bacarıqlarının artırılması, həmçinin mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlili, 2022-ci ildə görülmüş işlərin yekunu, 2023-cü il üçün tapşırıqların müəyyən edilməsi və digər mülki müdafiə məsələlərinin müzakirəsi olub.

Üç gün davam edən tədbir çərçivəsində toplantı iştirakçıları, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən keçirilən mülki müdafiə təliminin praktiki hissəsini izləyiblər. Təlim çərçivəsində regional mərkəzlərin məsul vəzifəli şəxslərinə fövqəladə hallar zamanı əməliyyat qərargahının fəaliyyətinin təşkili, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin müxtəlif şəraitlərdə fəaliyyəti, sənaye obyektlərində qəza-xilasetmə əməliyyatının təşkili və aparılması, ağır texnika və xüsusi vasitələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqların yerinə yetirilməsi qaydaları və digər elementlər nümayiş olunub.

Bundan başqa, təlim ərazisində açılmış əməliyyat qərargahında “Mülki müdafiə tədbirlərinin planlaşdırması, həyata keçirilməsi və onların yerinə yetirilməsinə nəzarətin təşkili”, “Əməliyyat qərargahlarının fəaliyyətinin təşkili”, “Əhalinin mühəndis mühafizəsinin, rabitə və xəbərdarlıq sisteminin təşkili”, “Əhalinin mülki müdafiəyə hazırlanması və mülki müdafiə kurslarının təşkili” mövzuları nəzəri olaraq həyata keçirilib.

Mövzular üzrə mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə hazırlığın təmin edilməsi, mülki müdafiə obyektlərinin daim hazır vəziyyətdə saxlanılması və dinc dövrdə həmin obyektlərin düzgün istifadə edilməsinə nəzarətin həyata keçirilməsi, fövqəladə hadisələr və hərbi əməliyyatlarla bağlı təhlükələr barədə məlumatların toplanması və aidiyyəti dövlət orqanları ilə birlikdə təşkilatların və əhalinin operativ xəbərdar edilməsi məslələri geniş müzakirə olunub.

Yekunda 2022-ci ilin 9 ayı ərzində görülmüş işlərin təhlili aparılıb və 2023-cü ildə Nazirliyin regional mərkəzlərinin mülki müdafiə sahəsində qarşısında duran məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Ragim Lətifov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL
Ragim Lətifov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏLRagim Lətifov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏLRagim Lətifov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏLRagim Lətifov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL

Oxşar xəbərlər