Azərbaycanda dəhşət: 13 yaşlı qız ana oldu

Azərbaycanda dəhşət: 13 yaşlı qız ana oldu Azərbaycanda 13 yaşlı qız ana olub.

Bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, xəstəxanaya aparılan 13 yaşlı qız və onun körpəsi sağdır.

K.Ağazadə əlavə edib ki, azyaşlının anası ona müraciət edərək qızının sığınacağa yerləşdirilməsini xahiş edib.

Sığıncaq sədri 13 yaşlı qızın təcavüzə məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.

Oxşar xəbərlər