
2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində hәyata keçirilәn fəaliyyət uğurlu nәticәlәrlə yadda qalıb. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət alıb, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb. Regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi əhəmiyyət verilib.
Ölkə Prezidenti səfər çərçivəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində günümüzün aktual məsələlərinə, görülən və görüləcək işlərə bir daha nəzər salaraq bu əminliyi ifadə etdi ki, gələcəyə nikbinliklə baxıram. rayonlarında da infrastruktur layihələri davamlı olaraq icra edilir. Ölkəmiz böyük tikinti mərkəzinə çevrilib. Həm Bakı şəhərində əhalinin rahat yaşayışı üçün yeni parklar, yeni istirahət mərkəzləri yaradılır, həm də tarixi torpaqlarımız olan Qarabağda, Zəngəzurda quruculuq işləri davam etdirilir. Bu gün bölgədə, regionda baş verən proseslərin hamımız şahidiyik. Bütün bunların fonunda Azərbaycan dövləti fərqlənir və bununla hər bir Azərbaycan vətəndaşı qürur duyur. Bu gün ölkəmizdə sabitlikdir, iqtisadi inkişaf davam edir və Azərbaycan bütün bu imkanlarını ölkənin müasirləşməsinə, vətəndaşlarının rahat şəkildə yaşamasına yönəldir.
Vidadi Orucov-Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru