DAŞKƏSƏNDƏ HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ÇƏTİNLİKLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİB

DAŞKƏSƏNDƏ HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ÇƏTİNLİKLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİB İyulun 21-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanından irəli gələn məsələlərin yerlərdə icrasını təmin etmək məqsədi daşıyıb.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsi müdiri Vüqar Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatoru Anar Əliyev, Daşkəsən KOB dostu Muraz Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Daşkəsən rayon xidmət şöbəsinin mütəxəssisi Elvin Verdiyev, “Paşa Sığorta” ASC-nin Gəncə nümayəndəliyinin rəhbəri Saleh Nəsibli, “Kapital” bankın Daşkəsən filialının nümayəndəsi Cəfər Cəfərzadə, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin nümayəndələri Məhəmməd Zeynalov və Asim Zülfəli, rayonun aidiyyəti xidmət sahələrinin rəhbər və nümayəndələri, bir qrup sahibkar və fermerlər iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından görüş iştirakçılarını salamladıqdan sonra deyib:

- Müasir iqtisadi idaretmə və yeni iqtisadi reallıqlar islahatlarla bərabər, ölkəmizdə iqtisadi tərəqqinin tələbləri və innovativ iqtisadiyyat quruculuğunda yeni modellərin, ən qabaqcıl iqtisadi layihələrin tətbiqinə ehtiyac artır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il, 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənmişdir. 1991-2021-ci illərdə mövcud olan 10 iqtisadi rayonunun tərkibi və sayı dəyişdirilmiş, 14 yeni iqtisadi rayon yaranmışdır.

Yeni yaradılan Gəncə–Daşkəsən (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları) iqtisadi rayonu ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərindəndir. Bu iqtisadi rayonun tərkibində olan Daşkəsən rayonu isə əsasən metallurgiya və kənd təsərrüfatı üzrə ixtisaslaşmışdır.

Prezident cənab İlham Əliyevin müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq Azərbaycanda iqtisadi rayonların yenidən təşkili nəticəsində milli rəqabətqabiliyyətli məhsul ixracı artacaq, ölkəmizə investorların sərmayə qoyması çoxalacaq, məşğulluq imkanları güclənəcək, yeni iş yerləri açılacaq, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcəkdir.

Prezident cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində Daşkəsən rayonu son illər xeyli inkişaf etmiş, ötən illər ərzində rayonun sosial-iqtisadi, o cümlədən mədəni siması müasirləşərək tamamilə dəyişmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Daşkəsən rayonu ərazisində xeyli abadlıq-quruculuq işlərinin aparılması, yeni inzibati və yaşayış binalarının, həmçinin məktəblərin tikilməsi, müasir yolların çəkilməsi, körpülərin inşa olunması, kəndlərin mərhələli surətdə qazlaşdırılması, yeni elektrik yarımstansiyalarının istifadəyə verilməsi və digər iri layihələr xüsusui qeyd olunmalıdır.

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci ilin iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə yerində tanış olmuşdur. Bir neçə yaşayış məntəqəsində hazırda su təminatının yaxşılaşdırılması işləri aparılır.

Prezident cənab İlham Əliyev Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə də tanış olmuşdur. Hazırda bu sahə üzrə 1000-dən artıq iş yeri yaradılıb. İşləyənlərin böyük əksəriyyəti rayon sakinləridir.

Habelə “Daşkəsən Dəmir Filiz” MMC-nin tam gücü ilə yenidən işə salınması üçün son tamamlama işləri görülür. Bu müəssisə işə düşdükdən sonra Daşkəsən rayonunda olan işsizlik problemi tamamilə həll ediləcək və hətta qonşu rayonlardan burada işləməyə gələnlər olacaqdır. Hansı ki bu gün də rayona kənar yerlərdən işləməyə gələnlər var.

Prezident cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov çıxış edərək bildirmişdir ki, Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər uğurla və qrafikə uyğun olaraq həyata keçirilir. Cari ilin iyul ayının 15-də Azərbaycan Sənaye Korporasiyası ilə Almaniya (“Achenbach Buschhütten”) şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur.

Bu da əvvəllər 700 nəfərdən çox işçinin çalışdığı Daşkəsən “Alunit İstehsal” sahəsinin yenidən işə başlaması deməkdir.

Kənd təsərrüfatı məhsulları istehsalçıları, kiçik sahibkarlıq subyektləri üçün Daşkəsən rayon ərazisində bütün şərait yaradılmış, infrastruktur qurulmuşdur. Hamınıza yaxşı məlumdur ki, yaylaq mövsümündə rayonumuzun yay otlaq sahələri heyvandarlığın inkişafı üçün əlverişlidir. Lakin rayonumuzun dağlıq, soyuq iqlim şəraitinə malik olması, suvarma kanallarının olmaması, əkin sahələrinin yalnız dəmyə üsulla becərilməsi və bir sıra digər səbəblərdən ərazidə kənd təsərrüfatının inkişafında bəzi çətinliklər mövcuddur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOB subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi məqsədilə yaradılıb.

KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və öz biznesini qurmaq istəyənlərə informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım və digər dövlət strukturları ilə əlaqələndirmə, bazarlara çıxışın yaxşılaşdırılması, sahibkarların maraqlarının müdafiəsi kimi istiqamətlərdə dəstək və xidmətlər göstərilir.

Öz biznesini qurmaq və mövcud fəaliyyətlərini genişləndirmək istəyən sahibkarlar rayonumuzda fəaliyyət göstərən KOB dostuna müraciət edə bilərlər.

Cari ilin may ayının 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri hörmətli Orxan Məmmədovun da iştirakı ilə Daşkəsən “KOB Dostu” ofisi fəaliyyətə başlamışdır.

“KOB Dostu” KOBİA-nın mikro, kiçik və orta biznesə mühüm dəstək mexanizmlərindəndir. “KOB Dostu” fəaliyyət göstərdiyi inzibati ərazidə KOB subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərini, potensial imkanlarını müəyyən edir, yeni KOB-ların yaranması və mövcud biznesin inkişafına yönəldilmiş çoxsaylı dəstəklər göstərir, sahibkarların qanuni maraqlarının müdafiəsini həyata keçirir. “KOB Dostu” həmçinin, KOB-ların ehtiyaclarını sorğu və digər vasitələrlə öyrənir, onlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin monitorinqini aparır. Rayonumuzdan olan sahibkarlar da öz fəaliyyətinin inkişafı, dövlət-biznes tərəfdaşlığında yararlanmaq üçün Daşkəsən “KOB Dostu” ofisinə müraciət edə bilərlər.

Rayonumuzun Quşçu kəndində və Yuxarı Daşkəsən qəsəbəsində Daşkəsən “KOB Dostu” ofisindən Muraz Məmmədovun Rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi ilə birgə yerli sahibkarlarla görüşləri keçirilmişdir.

Cari ilin iyun ayının 20-də Daşkəsən Rayon İcra Hakimiyyətində Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktoru Anar Salmanovun, Mərkəzin layihələrin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılovun, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar müəllimin iştirakı ilə Daşkəsən rayonu ərazisində dövlət-biznes tərəfdaşlığı formatında investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modelinə uyğun nəzərdə tutulan işlərin xüsusiyyətlərinə dair müzakirələr keçirilmişdir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tələbləri əsasında təşkil olunmuş görüşün məqsədi eyni zamanda Daşkəsən rayonunun biznes imkanları barədə məlumat vermək, icra olunan layihələrdə sahibkarların fəal iştirakını, DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etməkdir. “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində Daşkəsən rayonundan irəli sürülmüş perspektiv investisiya layihələri barədə təkliflərə dair cədvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri hörmətli Orxan Məmmədova təqdim olunmuşdur.

Bundan başqa, Daşkəsən rayon İcra hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin və xarici mütəxəssislərin iştirakı ilə Daşkəsən rayonunun 2019-2023-cü illərdə yerli inkişaf planı hazırlanmışdır.

KOBİA-nın Gəncə-Qazax regional koordinatotu Anar Əliyevin və digərlərinin Daşkəsən rayonunda heyvandarlıq və kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrə dair ətraflı çıxışlarından sonra rayon ərazisində dövlət tərəfindən aqrar sahədə nəzərdə tutulan mövcud kredit və digər əlverişli güzəştlərdən səmərəli istifadə olunmasında yaranmış çətinliklərin aradan qaldırılması, fermer və kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsi üçün subsidiyaların vaxtında verilməsi, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb, bununla bağlı sahibkar və fermerləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Sonda sahibkar və fermerlərə məlumatlandırıcı materiallar paylanıb.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ÇƏTİNLİKLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİBDAŞKƏSƏNDƏ HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ÇƏTİNLİKLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİBDAŞKƏSƏNDƏ HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ÇƏTİNLİKLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİBDAŞKƏSƏNDƏ HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ÇƏTİNLİKLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİBDAŞKƏSƏNDƏ HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ÇƏTİNLİKLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİB

Oxşar xəbərlər