
Bu barədə o, feysbuk səhifəsində paylaşım edib. Hacıyev bildirib ki, xaricə getmək istəyərkən hava limanında ona ölkədən çıxışının qadağan olunduğu bildirilib.
Qısa müddət sonra isə o növbəti paylaşım edərək problemin həll olunduğunu qeyd edib: “Xeyli araşdırandan sonra dedilər ki, açılıb-bağlanmış bir işdə şahid olduğum üçün ötən il “saxla” qoyulubmuş. “Saxla” əmrini rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN-in saytında yoxlayıb vaxtında tədbir görək. Saytda isə “stop” yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi. İki saat saxlanılıb ora-bura aparılandan sonra son anda təyyarəyə çatdım”.