
Trend xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə aktual beynəlxalq məsələləri, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə edib.
Bu, nazirlərin fevralın 18-dən sonra ilk ünsiyyətidir.
Pentaqonun yaydığı məlumata görə, ABŞ rəsmisi Ukraynada atəşin dərhal dayandırılmasına çağırıb və Rusiya ilə əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.