“Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib”

“Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib” “Qarşımızda duran ən mühüm məsələlərdən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yeni reallıqları daha da gücləndirmək, regionla bağlı strategiyamızı və vizyonumuzu təqdim etməkdən ibarət idi. Beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsi də çox əhəmiyyətli idi və bu da baş verdi”.

Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Azərbaycanın, həmçinin Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü təşviq etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır”.

Oxşar xəbərlər