“Location” gecə klubunda baş vermiş partlayışda ağır xəsarət alanlardan biri də 2018-ci ildə Mens fizik üzrə Azərbaycan Kubokunun qalibi Arslan Quliyevdir.“Qafqazinfo” 30 yaşlı idmançının yerləşdirildiyi xəstəxanadan fotosunu əldə edib.
Onun komadan yeni ayıldığı bildirilir. Məlumata görə, A.Quliyev sözügedən gecə klubunda mühafizəçi işləyib.