
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə Pakistan Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda qeyd olunub: “Keçən il Aşqabadda Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın genişləndirilməsi sahəsində atdığımız addımlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir”.