“Türkiyəyə də kimsə hücum edəndən sonra Aİ-yə qəbul edəcəksiniz?” - Ərdoğan

“Türkiyəyə də kimsə hücum edəndən sonra Aİ-yə qəbul edəcəksiniz?” - Ərdoğan “Hazırda Ukraynanın Avropa İttifaqına daxil olması üçün göstərilən səyləri, həqiqətən, yüksək qiymətləndiririk. Bu, həm də Avropa İttifaqı üzvləri üçün yaxşı bir inkişafdır. Aİ üzvlərinə deyirəm ki, görəsən, Türkiyəni niyə Aİ-yə qəbul etməkdən narahat olursunuz, tərəddüd edirsiniz və ya almırsınız?”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Aİ üzvü ölkələrə səslənib:

“Hazırda Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı, lütfən, Türkiyə üçün də göstərin. Yoxsa Türkiyəyə də kimsə hücum edəndən sonra bu barədə düşünəcəksiniz?”

Qeyd edək ki, Avropa Parlamenti Aİ-yə üzv dövlətlərə Ukraynaya üzvlüyə namizəd statusunun verilməsi üzərində işləməyi tövsiyə edən qətnaməni təsdiqləyib.

Oxşar xəbərlər