Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin təşkili və icrası labüddür

Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin təşkili və icrası labüddür Prezident Cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə dağıdılmış infrastrukturun bərpası, yeni obyektlərin tikilməsi, yeni yolların inşası üçün yeni layihələrə imza atmaq müstəvisində diqqətəlayiq addımlar atmaqda davam edir. Prezident İlham Əliyev Ağdama olan səfərində də nitqi daxilində məhz bu nüanslara toxunmuş, bununla bağlı məsələlərin müzakirəsinin gələcək bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün vacib olduğunu diqqətə çatdırmışdır. Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin təşkili və icrası labüddür və bu tədbirlər Azərbaycan Respublikasının geniş imkanları daxilində həyata keçirilərək qısa müddətdə Ağdam rayonunda yenidənqurma islahatlarının yekunlaşacağından bəhs etməyə imkan verir. Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb və atılacağı da vurğulanıb. Ağdama səfəri zamanı Prezident İlham Əliyevin vurğuladığına görə, qısa müddət ərzində qarşımızda olacaq müsbət yöndə diqqət çəkən konkret nəticələr bir daha Respublikanın daxili imkan və potensial genişliyini təsdiqləyəcək.

Toxunulan daha bir məsələ isə Ağdam şəhərində yenidənqurma adı altında şəhərin abadlığı və Ağdamda aparılan dirçəltmə islahatları nəticəsində 5 rezidentin işə başlamasıdır. Bundan əlavə, 190 hektar ərazidə qurulması planlaşdırılan Ağdam Sənaye Parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşının qoyulması məsələsinə toxunulmuşdur.. Bu, Ağdam şəhərinin yenidən bərpası və dağıdılmış həyatın canlandırılması yolunda atılan addımların ardıcıl olaraq konkret müsbət nəticə verməsi deməkdir. Prezident İlham Əliyevin çıxışında əksini tapan daha bir məsələ isə Ağdam şəhərində yaşayış komplekslərinin inşa olunması və yeni iş yerlərinin açılmasıdır ki, bu da vaxtilə el-obasından qaçqın düşmüş həmyerlilərimizin qayıdışının təminatı istiqamətində atılmış mühüm addımlardan olacaq.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə yarımstansiyaların sayının 9 – a çatdığı vurğulanıb. “Ağdam-1” , “Ağdam-2” yarımstansiyaların fəaliyyəti nəticəsində Ağdam rayonunun davamlı şəkildə elektrik enerjisi ilə təmin olunacağı da diqqət mərkəzinə çatdırılıb. Yenidənqurma işləri çərçivəsində həyata keçirilən yol-nəqliyyat infrastrukturunun nəticəsi olaraq Ağdam-Bərdə avtomobil yolu və dəmir yolunun, Füzuli-Ağdam avtomobil yolunun inşası istiqamətində əsaslı addımlar atılmaqdadır. Bu layihə daxilində Ağdam rayonunda yeni məktəblərin və Ağdam Mərkəzi Şəhər Xəstəxanasının tikilməsi demək olar , reallaşdırılan məsələlər daxilində əks olunması, “Xaçınçay” su anbarının bərpası layihəsinin İnvestisiya Proqramında əks olunduğu Prezident İlham Əliyev tərəfindən nəzərə çatdırılıb.

Qeyd olunan məsələləri maksimum keyfiyyət və səmərə daxilində həyata keçirmək üçün düşünülmüş addımlar mövcuddur ki, bütün bunlar da Baş plan əsasında reallaşdırılacaqdır. Eyni zamanda, sözügedən planlar xarici şirkətlərin investisiya yatırımlarını qaçılmaz edəcəkdir.

Bununla bərabər, Ağdam Cümə məscidinin restavrasiya işlərinin hal-hazırda Heydər Əliyev Fondu tərəfindən aparıldığı, 8 məscidin əsaslı təmirinin nəzərdə

tutulduğu, dağıdılmış milli-mənəvi dəyərlərin yenidən bərpası yolunda bir sıra tədbirlərin yekunlaşacağı fikri təsdiqlənib.

Son olaraq Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması yolunda mövcudiyyətimizin sonunadək şəhidlərimizə borclu olacağımızı vurğulayıb. Bütün Azərbaycan xalqının, Azərbaycan gələcəyinin inkişafına hesablanmış məqsədyönlü addımların ardıcıl olaraq atılması ilə Prezident Cənab İlham Əliyev öz xalqına, məsləyinə, ölkəsinə sadiq olduğunu hər zaman sübut edir.

Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin

direktor əvəzi Svetlana Nəbiyeva


Oxşar xəbərlər