Hacı Zeynalabdin Tağıyev özündən sonra dərin hörmət, vətənə məhəbbət, xalqa sevgi qoyub getmişdir

Hacı Zeynalabdin Tağıyev özündən sonra dərin hörmət, vətənə məhəbbət, xalqa sevgi qoyub getmişdir XIX-XX əsrlərdə Azərbaycanda milli ruhun yüksəlməsində, azadlıq hərəkatının genişlənməsində ziyalılarımızın rolunu mütləq qeyd etmək lazımdır. Ziyalılarımız xalqımızın çətin vaxtlarında həmişə onlara dəstək olmuşdur. Bu ziyalılardan biri də Hacı Zeynalabdin Tağıyev olmuşdur. Kasıb ailədə doğulub böyüməsinə baxmayaraq sonrakı zənginliyi iki istiqamətdə olmuşdu. Maddi zənginlik və mənəvi zənginlik.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Bu dövrün görkəmli xeyriyyəçisi olan Tağıyev özündən sonra dərin hörmət, vətənə məhəbbət, xalqa sevgi qoyub getmişdir. Xalqı, dövləti üçün çalışan ziyalılarımız hər zaman dövlətin diqqət mərkəzində olmuşdur.

2020-ci ildə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Sərəncam imzalanmışdır, yaxın günlərdə isə möhtəşəm abidənin açılış mərasimi həyata keçirildi. Cənab prezident İlham Əliyev açılış mərasimində görkəmli xeyriyyəçimizin gördüyü işləri yenidən vurğuluyaraq əhəmiyyətini diqqətə saxlamışdır. Cənab prezidentimizin də qeyd etdiyi kimi Hacı Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, əhalinin rifahına ,ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Hazırda Bakıda mövcud olan, Bakının memarlığına xüsusi gözəllik verən bir çox gözəl binaların təşəbbüskarı elə Hacı Zeynalabdin Tağıyev olmuşdur.Xüsusilə qızlar üçün məktəbin təsis olunması, bir çox şəhərlərdə orta məktəblərin açılması, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilən gənclərin təhsil haqlarını öz üzərinə götürməsi Tağıyevin elmin inkişafına nə qədər töhfə verdiyinin sübutudur. Bu onun nəticəsidir ki, Bakının ən gözəl yerlərindən birində onun abidəsi ucaldılmışdır.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin

tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər