HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN....... Şər və Böhtan yazanlara tutarlı cavab - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Azərbaycan Kooperasiya Universitetində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Ölkənin baş ağsaqqalının SƏRVƏT KARVANI... - İLGİNC FAKTLAR". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Azərbaycan kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, millət vəkili Eldar Quliyev haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Eldar Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Eldar Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Eldar Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Eldar Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, millət vəkili kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bizdə hörmətli Eldar Quliyevi dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər