Taliblər aksiya keçirən qadınları atəşə tutdu

Taliblər aksiya keçirən qadınları atəşə tutdu Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının yaraqlıları Kabildə aksiya keçirən qadınlara atəş açıb.

Əfqanıstanın “Asvaka” agentliyi xəbər verir ki, insident İtaliyanın “Emergency” humanitar təşkilatının xəstəxanasının yerləşdiyi ərazidə baş verib. Ölən və yaralılar barədə məlumat verilmir.

“TOLOnews”un xəbərinə görə, qadınlar hüquqlarının qorunması və həyat şərəitlərinin yaxşılaşdırılmasını tələb etmək üçün etiraz aksiyası keçirib.

Oxşar xəbərlər