
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.
“Bu ilin 9 ayında ölkədə ümumi daxili məhsulun (ÜDM) real artımı 4,8% təşkil edib, Azərbaycanın xarici ticarət dövriyyəsi 8,3% artıb. İqtisadiyyatımızın pandemiyadan əvvəlki səviyyəyə gələn il çatacağı nəzərdə tutulsa da, bu ilin sonuna qədər həmin səviyyəni bərpa edəcəyik. Bu da çox uğurlu göstəricidir”, - o qeyd edib.