Yevlaxda yol təmizləyən iki qadını maşın vurdu

Yevlaxda yol təmizləyən iki qadını maşın vurdu Yevlaxda yolu təmizləyən iki qadını maşın vurub.

APA məlumatına görə, hadisə Yevlax şəhərində baş verib.

Yol təmizliyi ilə məşğul olan təsərrüfat işçiləri, 1975-ci il təvəllüdlü Rəsulova Şəlalə Salman qızı və 1974-cü il təvəllüdlü Əzizova Hicran Yedigar qızını avtomobil vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin durumu ciddi olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər