
Qlobal əhalini COVID-19-a qarşı peyvənd etmək koronavirus böhranının qarşısını almaq üçün yeganə uzunmüddətli strategiyadır. Peyvənd kampaniyaları 2020-ci ilin dekabrında başladı və 2021-ci ilin birinci rübündə gücləndirildi. Bununla belə, onlar bütün ölkələrdə əhəmiyyətli logistik problem yaradır və əhəmiyyətli ərazi və çoxsəviyyəli idarəetmə təsirləri daşıyır. 10 may 2021-ci il tarixinə İƏİT ölkələrində əhalinin 12%-i qismən, 15,8%-i isə tam peyvənd olunub, inkişaf etməkdə olan ölkələrdə bu göstərici 2,5% və 1,6%-dir. Dünya üzrə əhalinin 4,2%-i və 4,1%-i müvafiq olaraq qismən və ya tam peyvənd olunub. Qlobal pandemiyadan çıxış strategiyası olan peyvəndlənmə səviyyəsi hal-hazırda Azərbaycanda qənaətbəxş vəziyyətdədir.
COVİD-19 qlobal səyləri çərçivəsində pandemiyaya qarşı mübarizə üzrə Azərbaycan hökuməti 5 milyon ABŞ dolları məbləğində ianə etmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru 23 Mart 2020-ci il tarixli məktubunda ölkəsinin COVİD-19 qlobal cavab tədbirlərinə verdiyi töhfələrə və pandemiya ilə mübarizə üçün Azərbaycanda həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib. Azərbaycan həmçinin texniki və tibbi təchizat, maliyyə yardımı, nəqliyyat təyyarələrinin təqdim edilməsi və s. daxil olmaqla, ikitərəfli əsasda zərər çəkmiş 30-dan çox ölkəyə təcili humanitar yardım göstərmişdir.
Azərbaycan Respublikasının Prezidentin 19 Mart 2020-ci il tarixli Fərmanı koronavirusun pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirini, makroiqtisadi sabitliyi, məşğulluğu və sahibkarlığı azaltmaq üçün bir sıra tədbirləri tənzimləyir. Qlobal pandemiyaya qarşı mübarizədə növbəti addım kimi artıq Azərbaycanda tibbi maskalar, eləcə də birdəfəlik qoruyucu geyim, dezinfeksiya vasitələri, və s. bu gün yerli səviyyədə istehsal olunur. Qeyd edək ki, maliyyə dəstəyi proqramları Azərbaycan iqtisadiyyatının Koronavirus pandemiyasından zərər çəkmiş sektorlarında sahibkarlara dəymiş ziyanın ödənilməsinə və əmək haqlarının ödənilməsinə yönəlib. Ölkə üzrə
zərərçəkmiş; - Pandemiya nəticəsində mənfi təsirə məruz qalmış sektorlarda çalışan 300 000 fərdi sahibkara 80 milyon manat maliyyə dəstəyi, eləcə də 300000 muzdlu işçinin əməkhaqqının ödənilməsinə 215 milyon manat məbləğində maliyyə dəstəyi verilmişdir. Bundan əlavə, 2020-ci ildə Sahibkarlığın İnkişafı Fonduna 50 milyon manat məbləğində əlavə vəsaitin ayrılmışdır.
Ölkə üzrə aparılan islahatlar pandemiyadan sonrakı dövrdə yeni iqtisadi artım modelinin tətbiqi üzrə tədbirlərin görülməsinə yönəlib. Tikinti, mədənçıxarma, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi və daxili turizm ölkənin iqtisadi siyasətinin əsas prioritetlərindəndir.
Dövlət əmlakının idarə edilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində şirkətlərin dövlət adından vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəliliyinin artırılması, rəqabət qabiliyyətinin təmin edilməsi məqsədilə Dövlət İnvestisiya Holdinqinin yaradılmışdır. Bundan əlavə, tikinti sektorunda strateji layihələrin işlənib hazırlanması və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhər və rayonların inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Tikinti Korporasiyası yaradılmışdır. Korporasiya strateji layihələr portfelinin uzunmüddətli idarə olunmasını, yeni layihələrin hazırlanmasını, investorların cəlb edilməsini və pilot layihənin həyata keçirilməsini təmin etmişdir. Nəhayət, dövlət-özəl partnyorluğunun genişləndirilməsi üçün əlverişli mühit yaratmaq məqsədilə müvafiq qanunvericiliyə dəyişikliklər etmişdir.
Bütövlükdə, hələ də davam edən pandemiya vəziyyətində ölkədə aparılan islahatlar əhalinin sağlamlıq vəziyyətinin qorunması və yaxşılaşdırılması ilə yanaşı, məşğulluğun qorunmasına və iqtisadi artımın olmasına istiqamətləndirilmişdir.
Maştağa qəsəbəsi, 128 saylı tam orta məktəbin
müəllimi Elçin Hüseynov