
Fotonu jurnalist Eynulla Fətullayev sosial şəbəkə hesabında paylaşıb.
Bu, AST Telmanın azadlığa çıxdıqdan sonra yayımlanan ilk fotosu olub.
“Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi Azərbaycanın bayraqları ilə bəzədilib”, - deyə E.Fətullayev yazıb.
Qeyd edək ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılmış və İnterpol xətti ilə axtarışa verilmişdi.
