
22 aprel 1973-cü ildə Şəmkir rayonun Düyərli kəndində anadan olan Vuqar Muradov Əmtəəşünaslıq Kommersiya İnstitutunu bitirib.
Ailəlidir, 3 övladı var.
Vuqar Muradov 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında sector müdiri, baş mühasib vəzifəsində çalışıb.
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Şəmkir rayon 7 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi Vüqar Muradov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vüqar Muradov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüqar Muradov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Vüqar Muradovdan danışdılar yaxşı ki, Vüqar Muradov Şəmkir rayon 7 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi təyin olunub… Vüqar Muradov öz isguzarlığı ilə tanınır və seçilir….
Vüqar Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Vüqar Muradovu heç vaxt əqidəsindən döndərə bilməz.
Vüqar Muradov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Vüqar Muradov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Vüqar Muradov ani və düzgün qərar qəbul edən insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Vüqar Muradovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Vüqar Muradov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Vüqar Muradov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəmkir rayon 7 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Vüqar Muradov özünü doğruldub. Bizdə hörmətli Vüqar Muradovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şəmkir rayon 7 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi Vüqar Muradov - Artıq 30 il idi ki, xalqımızın mərd, igid oğulları işğal altında olan torpaqlarımızın hər şəhərində, kəndində üçrəngli bayrağımızı sancmaq arzusu ilə yaşayırdı. Düz bir il öncə sentyabrın 27-də mənfur düşmənə qarşı əks hücum əməliyyatını həyata keçirən Azərbaycanın müzəffər Ordusu 30 illik həsrətə son qoydu.Şanlı ordumuz Ali baş Komandanımız İlham Əliyevin Dəmir Yumruq siyasəti altında düşmənə elə qan uddurdu ki, düşmən öz silah sursatını ataraq döyüş meydanından geri çəkildi. Bu gün rəzalət damğası ilə yaşayan düşmən xalqımızın iradəsinə, gücünə bir daha şahid oldu. Bu gün biz fəxrlə deyirik “Qarabağ Azərbaycandır!”. Bu ifadə Azərbaycan xalqını zəfərə aparan şüar olaraq böyükdən kiçiyə hər bir vətandaşımızın dilində əzbərə çevrildi. Bu Cənab Ali baş Komandanımız İlham Əliyevin tarixi bəyanatıdır. Bu bəyanatı özlərinə rəhbər tutaraq əsgər və zabitlərimiz müasir silahlarla, güclü döyüş taktikası və strategiyası ilə qanları hesabına tarix yazdılar. “Vətəni sevmək azdır onu qorumaq gərəkdir !“- deyib, düşmənin ürəyinə dağ çəkdi vətən oğulları. Düşmənin illərlə qurduğu istehkamları hər gün darmadağın edərək bizə cəbhədən qələbə xəbərləri göndərdi Azərbaycan əsgəri, Azərbaycan zabiti.
Bu Zəfər dastanında hərə bir qəhrəman oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə Azərbaycan xalqı öz birliyini nümayiş etdirdi. Bütün dünya Prezident və xalq birliyinin şahidi oldu. Xalqımız zəfər yolunda əlindən gələni əsirgəmədi. Dünya azərbaycanlıları da könüllü olaraq döyüşlərə getmək üçün müraciət edir, ordumuzun uğurları ilə qürurlanırdılar. Düşmənin təxribatı bu birliyi, bu iradəni yıxa bilmədi. Nəticədə düşmən Azərbaycan ordusu qarşısında diz çökərək təslim oldu. Döyüşlərdə cəsarətlə iştirak edən, düşməni geri çəkilməyə məcbur edən peşəkar əsgər və zabitlərimiz sayəsində biz artıq müzəffər xalqıq.
Zəfər sevincinə bir gözümüz gülərkən, bir gözümüz də qan yaş tökdü. Azərbaycanın Şanlı Qələbəsi misilsiz qəhrəmanlıq göstərən şəhid və qazilərimizin hesabına tarixə yazıldı. Şəhidlərimiz azadlığın, qəhrəmanlığın simvolu olaraq yaddaşlarda daim qalacaq. Cənab Prezidentimizin Sərəncamı ilə hər il 27 sentyabr Azərbaycan Respublikasında Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın ruhuna ehtiram əlaməti olaraq Anım günü kimi qeyd olunacaq. Azərbaycanın Məhz 44gün davam edən Vətən müharibəsindəki döyüşləri ilə dünyanı özlərinə heyran qoyan igidlər, ruhunuz şad olsun! Şəhidlərin ruhu qarşısında baş əyirəm! Qazilərimizə Allahdan can sağlığı diləyirəm!
Peşəsini sevən insan olaraq dövlətimiz üçün Vətənini sevən, onun hər bir qarışını göz bəbəyi kimi qoruyan vətənpərvər nəsil yetişdirməyimlə qürur duyuram! Yaşasın Ali Baş Komandanımız! Yaşasın müzəffər Azərbaycan Ordusu!