Müstəqil Azərbaycanın Xeyriyyəçilik İnstitutunun təkanvericisi

Müstəqil Azərbaycanın Xeyriyyəçilik İnstitutunun təkanvericisi Mehriban Əliyeva 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanda xeyriyyəçilik institutunu fəal şəkildə inkişaf etdirdi. Çünki azərbaycanlıların tarixi xeyriyyəçilik ənənələri Sovet dövründə aşınmaya məruz qalmışdı. Məlum ideoloji və sosial-siyasi səbəblər üzündən həqiqi xeyriyyəçilik fəaliyyətinin əhatə dairəsi son dərəcə məhdudlaşdırılmış, praktik olaraq, yalnız məişətdə kömək formasında qalmışdı. O, müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunun yenidən formalaşıb inkişaf etməsində böyük rol oynadı. O, çağdaş dünyada və məhz çağdaş anlamda xeyriyyəçiliyin daha geniş anlam daşıdığını açıqladı və bir məktəbin əsasını qoydu.

Təhsili millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş ailələrdən birinci sinfə gedən övladlar artıq neçə ildir ki, Fond tərəfindən lazımi məktəb ləvazimatları ilə təmin olunurlar. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda əlil olmuş insanlar arasında mənzilə ehtiyacı olanların təminatına yardım edilir. Qarabağ müharibəsində əlil olmuş insanlar, şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər onların problemləri daim onun diqqəti mərkəzindədir.

O, tibb məntəqələri yaxşı olmayan bölgələrdə tibb məntəqələri tikdirərək insanların sağlamlığına xidmət edir. Ona görə yox ki, o, həm də gözəl həkimdir, ona görə ki, millətin gələcəyinin sağlam gənclikdən asılı olduğunu gözəl bilir və bunun üçün əlindən gələni edir. Onun təşəbbüsü ilə tikilən məktəblərdə gənclərin yüksək səviyyədə təhsili, inkişafı üçün lazım olan bütün şərait yaradılır. Gənclərin boş vaxtlarının zərərli meyillərə yönəlməsinin qarşısının alınması, bu vaxtın daha səmərəli istifadə olunması, gənclərin bir vətəndaş kimi yetişməsi də daim onun diqqət mərkəzindədir və bu sahədə də çoxsaylı layihələr həyata keçirilir. O, daim çətin duruma düşən insanların yanındadır. Kasıb dializli xəstələrin bahalı dializ prosedurlar keçməsində problemlər yaranan zaman o, xaricdən ən yüksək səviyyəli avandanlıqlar alaraq onların istifadəsinə verir. Görmə qabiliyyətindən məhrum uşaqlarla görüşündə onlar üçün oxumağın və təhsilin çox önəmli olduğuna diqqət çəkir və bundan dərhal sonra onun dəstəyi ilə bu insanların oxuya bilməsi üçün yüksək səviyyəli mərkəz qurulur, ən yüksək səviyyəli xüsusi avadanlıqlarla təhciz edilib istifadəyə verilir.

Mehriban Əliyeva hesab edir ki, hər bir vətəndaş dövlətinin və toplumun inkişafı üçün təmənnasız kömək etməyi nəinki bacarmalı, bunu özü üçün bir vətəşdaşlıq borcu kimi qəbul etməlidir.

Əliyeva Səbinə, 213 saylı orta məktəbin direktoru

Oxşar xəbərlər