"Real Madrid" kapitanı ilə yollarını ayırır - RƏSMİ

İspaniya nəhəngi "Real Madrid" kapitanı Serxio Ramosla yollarını ayırıb.
Məlumata əsasən, iyunun 17-də “Real”ın prezidenti Florentino Peresin iştirakıyla mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, müdafiəçi 2005-ci ildən kral klubunun şərəfini qoruyur. 35 yaşlı Ramos karyerası ərzində 5 dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqası və dörd dəfə İspaniya Superkubokunun qalibi olub.

Oxşar xəbərlər