Naxçıvan Qarnizonu Qoşunlarında sabahdan komanda-qərargah təlimi başlayır

Naxçıvan Qarnizonu Qoşunlarında sabahdan komanda-qərargah təlimi başlayır 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.
"Mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.

Oxşar xəbərlər