
Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razılaşmanı “tarixi nailiyyət” adlandıraraq bunun Azərbaycan üçün gətirəcəyi naliyyətlərdən və layihənin reallaşdırılması planlarından geniş şəkildə ictimaiyyətə məlumat vermişdir, lakin qarşı tərəf yenə öz əqidəsinə sadiq qalaraq prosesin gedişinə müxtəlif yollarla maneə olmağa çalışır. Belə ki Ermənistanda qarşıdan gələn seçkilərlə əlaqədar Paşinyan layihənin həyata keçirilməsinə müxtəlif yollarla mane olmağa çalışır. Paşinyan Zəngəzur dəhlizi olursa qarşılığında “Naxçıvan dəhlizi” kimi mənasız tələbi irəli sürərək, İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. İstəməsə zorla həll edəcəyik” fikirini əlində bayraq edərək yenə öz böyük qardaşlarına ağlaşma quraraq Azərbaycan tərəfinin Ermənistan əraziləri üçün təhlükə yaratdığını əsaslandırmağa, bununlada layihənin həyata keçməsi prosesində maneələr yaratmağa çalışır. Ermənistan məğlubiyyətdən keçən müddət ərzində özünü dünyaya məzlum və hüquqları tapdalanmış bir xalq kimi göstərməklə, məğlubiyyətdən də yararlanmağı bacaracaq qədər məzlum və mənfur düşməndir. Bir neçə gün əvvəl artıq Amerika prezdentinin illərdir təxirə salınan “erməni soyqırımı” ifadəsini işlətməsi hadisələrin gedişi fonunda heç də təsadüfi deyildi. Ermənistan atdığı addımlarla bizi heç də təəccübləndirmir, çünkü qarşı tərəf öz xislətinə uyğun davranır, lakin qarşısında sözlərlə deyil, əməllərlə addım atacaq Azərbaycanın olduğunu unudur.
Əminəm ki, tezliklə məsələ Azərbaycanın xeyrinə həll olunacaq. Zəngəzur dəhlizi ideyası reallıq olacaq və bu bizə çox şey qazandıracaq, ən əsası biz o dəhlizdən istifadə etdikdə hər dəfəsində öz torpaqlarımızdan keçib getdiyimizi biləcəyik. İlham Əliyevin bu məsələdə qəti mövqeyi bizə bunu deməyə əsas verir. Azərbaycan tərəfi bütün prosesləri hüquqi əsaslarala aparmağa çalışır. Keçən zaman bizə bizdən başqa çarə olmadığını dəfələrlə sübut edib, odur ki, Tanrı xalqımızı, qəhrəman ordumuzu qorusun.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli