Qələbə ölkənin və bütün regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb

Qələbə ölkənin və bütün regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb Bu gün artıq Azərbaycan münaqişə səhifəsini bağlanmış hesab edir, regionda daimi sülhün və təhlükəsizliyin təmin olunması üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyev aydın şəkildə bəyan edirki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və problemə praqmatik yanaşmayaəsaslanır. Azərbaycan münaqişənin davam etdiyi 30 ilə yaxın müddətdə heç bir halda ərazibütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayıb və olmayacaqdı. Bununla yanaşı, dövlətimizin başçısı gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində birgə yaşamasının təmine dilməsi üçün körpülərin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir.Cənab İlham Əliyev qeyd olunan konfransda Azərbaycanın müharibə zamanı davranışının Ermənistan tərəfindən düzgün qiymətləndirilməsi ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, xeyr və bu, çox təəssüf doğuran haldır. "Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik" söyləyən ölkə Prezidenti onu da əlavə etmişdirki, lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiyasiya səti, uydurmalar, azərbaycanlıların düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var. Onlar dəmir pərdə arxasında yaşayır və bu zəhərli ideyaların təsiri altındadırlar. Azərbaycan bu işdə onlara kömək etməyə hazırdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının parlaq nümunəsini ortaya qoyur. Dövlətimizin başçısının bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın millimaraqlarının müdafiəsi və təbliğinin hərbir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin müsahibələrinin, çıxışlarının fonunda beynəlxalq auditoriya Azərbaycan rəhbərinin simasında təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli, dünya səviyyəli Lider görür. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə dünyanın 30-a yaxın aparıcı media qurumlarına müsahibələri və müxtəlif beynəlxalq tədbirlərdə video formatda çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərirki, o, təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətinin formasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

Babayeva Xədicə, 112 saylı tam orta məktəbin direktoru

Oxşar xəbərlər