
Bunu Milli Məclisdə çıxışı zamanı Musa Quliyev deyib.
O, əlavə edib ki, cənab prezident qələbənin əldə edilməsi haqqında danışarkən digər məqamlarla yanaşı üç amili xüsusilə qeyd etdi: “Bunlar güclü iqtisadiyyat, müasir yanaşma və vətən sevgisidir. Bu həqiqətən belədir. Cənab Pezident İlham Əliyev torpaqlarımızın zamanında itirilməsini xatırlatmaqla bizim düşmənlərimizə də dərs verdi: “Tör-töküntülər, düşmənlər bilməlidirlər ki, xalqın dəmir yumruğu onların başını əzəcək”.
Deputat əlavə edib ki, Azərbaycan xalqı İlham Əliyev kimi xarizmatik, müdrik və uzaqgörən lideri olmasına görə xoşbəxtdir: “İlham Əliyev də xoşbəxt liderdir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilib. İlham Əliyev qədər ölkəni dünyada tanıdan ikinci şəxs yoxdur”.