Lətafət Hacıyeva: BƏŞƏR TARİXİNDƏ GÖRÜLMƏMİŞ VƏHŞİLİK İLƏ TÖRƏDİLƏN XOCALI FACİƏSİNDƏN 29 İL ÖTÜR

Lətafət Hacıyeva: BƏŞƏR TARİXİNDƏ GÖRÜLMƏMİŞ VƏHŞİLİK İLƏ TÖRƏDİLƏN XOCALI FACİƏSİNDƏN 29 İL ÖTÜR Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin rəisi Lətafət Hacıyeva - Bəşəriyyətə qarşı törədilmiş ən qanlı, ən faciəli qırğınlardan biri olan Xocalı faciəsindən 29 il ötür. Lakin 29 il ötməsinə baxmayaraq həmin müdhiş gün, o dəhşətli gecə bizim yaddaşımızda qalmaqdadır və əbədi olaraq da qalacaqdır. Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir.

Erməni və rus hərbi birləşmələri Xocalıda soyqırımı elə dəhşətli və qəddarlıqla həyata keçirmişdilər ki, bu o dövrdə bir çox dünya mətbuatı səhifələrində də öz əksini tapmışdı. Akif Asırlı <<Türkün Xocalı soyqırımı>> adlı əsərində xarici ölkə mətbuatında yer alan məqalə lərdən xeyli sitat vermişdir. Oxucuların marağına səbəb ola biləcəyini düşünərək, onlardan bir neçəsini diqqətə çatdırırıq:

<<Vaşinqton-Post>> qəzeti: <<Dağlıq Qarabağ qurbanları Azərbaycan şəhərində torpağa basdırılıb. Qaçqınlar deyirlər ki, ermənilərin hücumu zamanı yüzlərlə adam həlak olub. Həlak olmuş 7 nəfərin meyidini bu gün göstəribilər, onlardan 2-si uşaq, 3-ü qadındır. 120 qaçqın Ağdam hospitalındadır, onların bədənlərində çoxsaylı dərin yaralar var>>
<<Tayms>> qəzeti: <<Erməni əsgərləri yüzlərcə qaçqın ailəsini qırıblar. Sağ qala bilənlər xəbər verirlər ki, erməni əsgərləri 450-dən artıq azərbaycanlını güllələyiblər. Onlardan çoxu uşaq və qadınlardır. Yüzlərcə, mümkündür ki, minlərcə insan itkin düşüb. <<Onlar atəş açırdılar, atəş açırdılar, atəş açırdılar>> -deyə Xocalıdan digər qadın və uşaqlarla birlikdə Ağlama qaçmış Raziyə Aslanova bildirib. Ö deyib ki, əri və oğlu öldürülüb, qızı itkin düşübə.
<<Tayms>> qəzeti: <<Qırğın aşkar oldu. Anatoli Levin: <<Dağlıq Qarabağın yamaclarında aralarında qadın və uşaq olan 60-dan çox meyid aşkar olunub, bu isə erməni qoşunları tərəfindən azərbaycanlı qaçqınların qırılması haqda məlumatları təsdiqləyib. Yüzlərlə qaçqın hələ də tapılmayıb. Onlaran çoxu tanınmaz hala düşüb. Balaca bir qızcığazın isə yalnız başı qalıb>>

<<İzvestiya>> qəzeti: <<Videokamera qulaqları kəsilmiş uşaqları göstərib. Yaşlı qadınlardan birinin üzünün yarısı kəsilib. Kişilərin baş dərisi soyulub>>
<<Sandi Tayms>> qəzeti: <<Tomas Tols erməni əsgərlərinin törətdikləri qırğınlar barədə məlumatlar verən ilk reportyordur. Xocalı sadə Azərbaycan şəhəri olub, Lakin dinc dövrdə əkinçiliklə məşğul olan minlərlə azərbaycanlı evi olub. Ötən həftə şəhər yer üzündən silinib>>

<<Fayneyşnıl tayms>> qəzeti: <<Ermənilər Ağdama gedən qaçqın kolonunu güllələyiblər. Azərbaycanlılar 1200 meyid sayıblar. Livandan olan reportyor təsdiq edib ki, varlı daşnak icması Qarabağa silah və adam göndərin>>

<<İzvestiya>> qəzeti: <<Mayor Leonid Kravets: <<Mən özüm yamacda yüzə qədər meyid gördüm. Oğlan uşaqlarından birinin başı yox idi. Hər yerdə xüsusi qəddarlıqla öldürülmüş qoca, qadın və uşaq meyidləri gördüm>>.

<<Fayneyşnl tayms>> qəzeti: <<General-polkovnik bildirib ki, 366-cı alaydan 103 hərbi qulluqçu Dağlıq Qarabağda qalıb>>.

<<Le Mond>> qəzeti: cAğdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında 3 baş dərisi soyulmuş, dırnaqları çıxarılmış meyid görüblər. Bu, Azərbaycan təbliğatı yox, reallıqdır>>.

<<Valer aktual>> jurnalı: <<Bu Muxtar vilayətdə erməni hərbi birləşmələr Yaxın Şərqdə olanlarla birlikdə ən müasir hərbi texnikaya, eləcə də vertolyotlara malikdir. ASALA Suriya və Livanda hərbi düşərgə və silah anbarlarını məhv ediblər, 100-dən artıq müsəlman kəndini qırıb>>.

<<Qolos Ukrainı>> qəzeti: V.Skaçko: <<Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz yaşları, ölüm, bədbəxtlik, dağıntılar… Xocalıda körpələri qətlə yetirdilər? Bəs analarını? Allah insanı cəzalandırmaq istəyəndə onun ağlını alır>>

O dövrdə Türkiyə Respublikasının prezidenti S.Dəmirəl, Xarici İşlər naziri H.Çətin, Türkiyə Böyük Mill ət Məclisinin sədri H.Cindoruk öz çıxış və bəyanatlarında bu qətliamı pisləmiş, beynəlxalq təşkilatları buna ən ciddi reaksiya verməyə çağırmışdılar. Təəssüf ki, belə həssaslığı biz uzun illər bir <<ittifaqda>> birləşdirdiyimiz <<qardaş>> sovet respublikalarından görə bilmədik.

Xocalı şəhərinin sakinlərinin soyqırımı zamanı 1949-cu il Cenevrə Konvensiyasına əlavə olunan 1977-ci il “Beynəlxalq və qeyri-beynəlxalq hərbi konfüktlərdə qurbanların müdafiəsini gücləndirən” iki protokolun tələbləri də erməni birləşmələri tərəfindən kobudcasına tapdalanmışdır.

Bundan əlavə, 1980-ci il “Adi silahların konkret növlərinin tətbiqini qadağan edən və məhdudlaşdıran” Konvensiyanın xüsusilə I və II müddəalarına məhəl qoyulmamışdır. AK markalı avtomatlar üçün, xüsusilə təhlükəli olan yeni millimetrlik güllələrdən, piyadalar əleyhinə minalardan da bu soyqırım zamanı istifadə edilmişdir.

Beləliklə də, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri və onların tabeliyində olan muzdlu əsgərlər, terrorçu qruplar beynəlxalq hüquq normalarını, insan haqlarını, ayrı-ayrı dövrlərdə qəbul olunmuş konvensiyaları və protokolların “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının tələblərini pozaraq Azərbaycan Respublikasının Xocalı şəhərində dinc sakinlərə, yerli özünümüdafiə dəstəsinin üzvlərinə, din xadimlərinə, yaralı və əsirlərə qarşı misli görünməmiş soyqırım aktı həyata keçirmişlər”.

Bundan başqa, bu qərar layihəsində çoxsaylı təkzibedilməz faktlar və sənədlər əsasında Xocalı soyqırımını həyata keçirən mülki və hərbi adamların adları göstərilir, onların Beynəlxalq Məhkəməyə verilməsi zərurəti qeyd olunur. Bu qətliamda iştirak edənlər aşağıdakılar olmuşlar:

1, Robert Köçəryan Ermənistanın keçmiş prezidenti (separatçıların lideri), Azərbaycan vətəndaşı,
2. Arkadi Qukasyan Separatçıların liderlərindən biri, Azərbaycan vətəndaşı,
3. Seyran Ohanyan 366-cı alayın 2-ci batalyonunun komandiri, Ermənistan vətəndaşı indiki müdafiə naziri,
4. Levon Ter-Petrosyan (Sabiq Ermənistan prezidenti), Ermənistan vətəndaşı,
5. Polkovnik Zarviqarov 366-cı alayın komandiri, Rusiya vətəndaşı, hazırda Ermənistan vətəndaşı,
6. Seri Babayan (“Haydad” Erməni Terror təşkilatının səlahiyyətli nümayəndəsi) Azərbaycan vətəndaşı,
7. Suren Paşayan (“Krunk” təşkilatının Fransa bölməsi), Fransa vətəndaşı,
8. Qabriel Şıxanyan (“Vartan cəngavərləri” qrupunun Vyana bölməsi), Fransa vətəndaşı,
9. Aşin Simonyan (“ASALA” Erməni Terror təşkilatı), Fransa vətəndaşı,
10. Abram Çitçiyan 366-cı alayın I batalyonunun qərargah rəisi, Rusiya vətəndaşı, hazırda Fransa vətəndaşı,
11. Polkovnik V.Baymukov 366-cı alayın Arxa cəbhə üzrə komandir müavini, Rusiya vətəndaşı,
12. Polkovnik İ.V.Moiseyev 366cı alayın 1ci batalyonunun komandiri, Rusiya vətəndaşı, 13. Mayor E.A.Nabokix -366-cı alayın 3-cü batalonunun komandiri,Rusiya vətəndaşı,
14. Mayor V.Q.Hayriyan 366-cı alayın kəşfiyyat rəisi, Ermənistan vətəndaşı,
15. Baş leytenant O.V.Mirzoyan 366-cı alayın rota komandiri, Ermənistan vətəndaşı,
16. Baş leytenant S.V.Xrinxua 366-cı alayın kəşfiyyat bölməsinin rəisi, Rusiya vətəndaşı,
17. Baş leytenant V.N.Qarmaş 366-cı alayın Tank rotasının komandiri, Rusiya vətəndaşı,
18. Baş leytenant N.T.Nakonyan -366-cı alayın rota komandiri, Ermənistan vətəndaşı,
19. Baş leytenant V.A.Azriyan 366-cı alayın batareya komandiri, Ermənistan vətəndaşı,
20. Leytenant V.A.Bondarev -366-cı alayın kəşfiyyat rəisinin müavini, Rusiya vətəndaşı,
21. Leytenant A.İ.Kuçov 366-cı alayın RadioKimyəvi bölməsinin rəisi, Ükrayna vətəndaşı,
22. General A.N.Kovalyov Rusiya Ordusunun yüksək çinli zabiti, Rusiya vətəndaşı,
23. Qalakçiyan Romb Arutyunoviç Xocalını bombalayan zaman 39 nömrəli vertolyotun pilotu,Livan vətəndaşı,
24. Minoyan Razdan Alekseyeviç 40 nömrəli vertolyotun pilotu, Suriya vətəndaşı,
25. Zahid əl-Məhəmməd 29 nömrəli vertolyotun pilotu, Livan vətəndaşı,
26. Saracyan Ararat Qrekoviç 17 nömrəli vertolyotun pilotu, Ermənistan vətəndaşı,
27. Pirimyan Suren Alekseyeviç 45 nömrəli vertolyotun pilotu, Ermənistan vətəndaşı;
28. Aşot Manuçaryan – Ermənistan prezidentinin keçmiş müşaviri, Ermənistan vətəndaşı.
Bu faciələr zamanı həlak olanlar əslində, Azərbaycanın müstəqiliyi, ərazi bütövlüyu uğrunda şəhid olmuşlar. Ona görə biz bu dəyərli insanların şəhidlərin ruhuna rəhmət oxumaqla yanaşı, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə ümidlə baxmalı, ümidlə yaşamalıyıq.( Mənbə: “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” – Boran Əziz )

Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir. Bu səbəbdən də o, həm də qanla yazılan qəhrəmanlıq tarixi kimi qeyd edilə bilər. Ona görə də bu tarix həmişə geniş təbliğ edilməli, gələcək nəsillərə ötürülməlidir.Mənfur düşmənlərin xalqımıza qarşı törətdikləri soyqırımları, faciələri heç vaxt unutmaq olmaz! 31 mart soyqırımı, 20 Yanvar faciəsi, Xocalı faciəsi və,s hər biri Azərbaycan xalqının sağalmaz yarasıdır. 30 ilə yaxın zaman ərzində rusların köməyi ilə Azərbaycanın 20 faizdən çox torpaqlarımızı işğal altında saxlayan erməniərin tapdağından ali baş komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində azad edilməsi yuxarıda sadalanan xalqın dərin yaralarına bir məlhəm oldu. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şərəf hissi ilə qeyd edə bilərəm ki, müxtəlif yollarla əl atan düşmənlər heç vaxt Azərbaycan xalqını sındıra, diz çökdürə bilmədilər. Bəşər tarixində dərin iz qoyan və minillik tarixə malik Azərbaycan xalqı qədim zamanlardan indiyə qədər yaşamış, yaratmış, böyük dövlətlər qurmuş və həmişə düşmənlərini məhv etmişdir! Xalqımız əbədi yaşamağa layiq olan xalqdır və bunu tarixin müxtəlif dövrlərində sübut etmişdir. 44 günlük vətən müharibəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının müasir dövrdə özünün əbədi yaşamağa layiq olan xalq kimi bir daha sübut etməsi idi.

Abbas Aranlı

Oxşar xəbərlər