Türkiyədə tələbələrə dəstək aksiyası keçirən 104 nəfər saxlanıldı

Türkiyədə tələbələrə dəstək aksiyası keçirən 104 nəfər saxlanıldı Fevralın 2-də AKP siyasi partiyasının üzvü Prof. Dr. Melih Bulunun Boğaziçi Universitetinə rektor təyin edilməsinə etiraz edənlərə dəstək olmaq üçün Kadıköydə toplanan qrupa polis müdaxilə edib, Kadıköy, Sarıyer və Beşiktaş rayonlarında ümumilikdə 104 nəfər nəzarətə alınıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tələbələr daxil olmaqla bir qrup şəxs saat 18:00 radələrində Kadıköy İskele Meydanında toplaşmağa başlayıb.

Polis qüvvələri ilk öncə Kadıköy Rayon Rəhbərliyinin bölgədəki bütün qapalı və açıq məkanlarda hər cür yığıncaq və nümayişlərin qadağan edilməsinə dair qərarına uyğun olaraq, iştirakçıları dağıtmaq barədə xəbərdar edib. Qrupun xəbardarlığa əməl etməməsi polisin müdaxiləsi ilə nəticələnib.

Nümayişçilərdən bəziləri yan küçələrə qaçarkən, polis Kadıköy Meydanına gedən bütün küçələrdə tədbir alıb. İstanbul Polisinin açıqlamasında Kadıköydəki nümayişlər zamanı 93 nəfərin və Beşiktaş və Sarıyerdə görülən təhlükəsizlik tədbirləri zamanı Kadıköydəki nümayişlərdə iştirak etmək istəyən daha 11 nəfərin saxlanıldığı qeyd edilib.

Xatırladaq ki, ötən gün səhər saatlarında İstanbulda Boğaziçi Universitetində tələbələr arasında davam edən etirazlar zamanı 159 nəfər polis tərəfindən saxlanılmışdı.

Oxşar xəbərlər

" alt="Türkiyədəki seçkilərdə növbəti dəfə qan töküldü – 18 yaralı var – Foto" /> Türkiyədəki seçkilərdə növbəti dəfə qan töküldü – 18 yaralı var – Foto
  • Polislər qan verdi — FOTOLAR Polislər qan verdi — FOTOLAR
  • İran qarışdı — 5 polis öldürüldü, 30 polis yaralı İran qarışdı — 5 polis öldürüldü, 30 polis yaralı
  • Sevgilisi ilə telefon danışığından sonra özünü asdı: meyitini oğlu, keçmiş  ... Sevgilisi ilə telefon danışığından sonra özünü asdı: meyitini oğlu, keçmiş ...
  • Almaniyada kürdlərlə toqquşma — azı 15 polis yaralandı Almaniyada kürdlərlə toqquşma — azı 15 polis yaralandı
  • Türkiyədə 100 ilin ən böyük əməliyyatı — Minə yaxın insan saxlanıldı Türkiyədə 100 ilin ən böyük əməliyyatı — Minə yaxın insan saxlanıldı
  • İstanbuldakı terrorun detalları bəlli olub İstanbuldakı terrorun detalları bəlli olub
  • İstanbulda terror aktı: Ölən və yaralananlar var İstanbulda terror aktı: Ölən və yaralananlar var
  • Ankarada polisə hücum - 20 nəfər həbs edildi Ankarada polisə hücum - 20 nəfər həbs edildi
  • Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib
  • Yerevanda etiraz aksiyasının iştirakçıları dağılmaq qərarına gəldilər Yerevanda etiraz aksiyasının iştirakçıları dağılmaq qərarına gəldilər
  • İstanbulun Boğaziçi körpüsünün adı dəyişdirildi İstanbulun Boğaziçi körpüsünün adı dəyişdirildi
  • İstanbula xüsusi təyinatlı qüvvələr yeridilib İstanbula xüsusi təyinatlı qüvvələr yeridilib