Rasim Məmmədov bu gün məhkəməyə çıxarılacaq

Rasim Məmmədov bu gün məhkəməyə çıxarılacaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovla bağlı bu gün məhkəmə qərar verəcək.

Qafqazinfo verdiyi xəbərə görə, R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.

R. Məmmədovun yanvarın 28-i təxminən saat 17 radələrində saxlanıldığı bildirilir.

Rasim Məmmədov biznes ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Qohumlar iddia ediblər ki, ortaqları Rasim Məmmədov onların birinin 4 milyon, digərinin 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Oxşar xəbərlər