Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəlib - İDDİA+FOTO

Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəlib - İDDİA+FOTO Erməni politoloq və vəkil Robert Makaryan iddia edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasına güllə keçirməyən jiletdə gəlib.
Oxu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

“Qorxaq başçı parlamentin iclasında güllə keçirməyən jiletdə idi? Video görüntülərindən məlumdur ki, baş nazir vəzifəsini tutan şəxs köynəyinin altından nə isə geyinib. Bunu gözə çarpacaq dərəcədə dar köynək və pencəyi sübut edir. Qoyun, mütəxəssislər fikirlərini bildirsinlər”, - deyə R. Makaryan öz “Facebook” səhifəsində qeyd edib.

Oxşar xəbərlər