Səttar Möhbalıyev öz şəxsi vəsaiti hesabına şəhid ailəsinin evini təmir etdirdi

Səttar Möhbalıyev öz şəxsi vəsaiti hesabına şəhid ailəsinin evini təmir etdirdi Səttar Möhbalıyev: Dövlətin mədəniyyət siyasətinin prioritet fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilmişdir

Ölkə Prezidenti cənab İlham Əliyevin yanvar ayının 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul etdiyi zaman söylədiyi nitqində səslənən fikirlər təkcə bu sahədə çalışan insanlar üçün deyil Azərbaycan mədəniyyətinə, milli-mədəni və tarixi irsimizə dəyər verən hər kəs üçün son dərəcə önəmlidir.

İlk növbədə möhtərəm dövlət başçımızın dünyada 50 milyondan çox insanın ünsiyyət vasitəsi oldan Azərbaycan dilinin saflığının qorunub saxlanmasının vacibliyini qeyd etməsi son dərəcə vacib bir məqam kimi diqqətə alınmalıdır. Həqiqətən də Azərbaycan dili milli-mədəni irsimizin digər tərkib hissələri ilə birlikdə əsrlər boyu bizi bir millət, bir xalq olaraq formalaşdıran əsas amillərdən biri kimi çıxış etmişdir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün daima çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Bu gün isə Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin qorunması kimi dəyərləndirilməlidir. Məhz bu səbəbdən də Ölkə Prezidenti bu istiqamətdə düşünülmüş və məqsədyönlü addımların atılmasını prioritet məsələlərdən biri kimi önə çəkmişdir.

Prezident cənab İlham Əliyevin çıxışında ətraflı təhlil edilən əsas məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarixi, mədəni və dini abidələrin bərbası və qorunması istiqamətində görüləcək işlər barədə oldu. Ümumiyyətlə Azərbaycan tarixi abidələrlə zəngin olan bir ölkədir. Demək olar ki, bu abidələrin əksəriyyəti sadəcə bizim deyil, bütün bəşəriyyətin mədəni irsini zənginləşdirir. Məlumdur ki, Qız qalası, İçərişəhər, Şirvanşahlar saray kompleksi, eləcə də digər bölgələrimizdə yerləşən bəzi memarlıq abidələri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Həmçinin ölkəmizdə islam, xristianlıq və iudaizm dinlərinə aid olan çox sayda qədim məbədlər mövcuddur. Bu isə xalqımızın özü kimi onun daşıyıcısı olduğu tolerantlıq prinsiplərinin də Azərbaycanda qədim köklərə malik olduğunu göstərir. Bu gün ölkəmizdə dünyanın ən qədim məscidlərindən biri olan, VIII əsrə aid Şamaxı Cümə məscidi ilə yanaşı həm də xristian dininə aid olan Kiş kilsəsi yerləşir. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, Azərbaycanda yaşayan udilərin ixtiyarına verilmişdir. Heydər Əliyev Fondu tərəfindən təmir olunmuş Qafqaz Albaniyasına aid olan Nic kilsəsi isə hələ müharibə dövründə artıq açılmışdır. Bu gün ölkəmizdə bütün mədəni və dini abidələrin qorunması daim dövlətimizin diqqət mərkəzindədir. Şəxsən Prezident İlham Əliyevin təşəbbüsü ilə indiyədək bir çox tarixi abidələr bərpa edilib. O cümlədən ölkəmizdə yerləşən rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Lakin dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, indiyədək altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Əlbəttə ki, bu vəziyyət olduğu kimi qala bilməz. Artıq yaxın günlərdə Azərbaycan hökumətinin dəvəti əsasında İCESCO-nun missiyası və müvafiq ekspert qrupu Qarabağ bölgəsində müsəlman abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı missiya həyata keçirəcək və bu vandalizm aktları barədə dünya ictimaiyyətini məlumatlandıracaqlar. Beləliklə, öz çıxışında Ölkə Prezidenti tarixi, mədəni və dini abidələrə xüsusi diqqət ayrılmasının vacibliyini bir daha vurğulayaraq bu sahənin milli mədəniyyətimiz üçün müstəsna önəm daşıdığını qeyd etmişdir.
Həmçinin qeyd olunmalıdır ki, Prezident cənab İlham Əliyev Azərbaycan mədəniyyətinin tacı sayılan Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə yenə də bütün xalqın iradəsini ifadə etmişdir. Artıq əminliklə demək olar ki, çox az bir müddətdən sonra bizimlə birgə xarici qonaqlarımız da Şuşada ənənəvi Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının iştirakçıları və seyrçiləri olacaqlar. Öz çıxışında möhtərəm dövlət başçımız ölkəmizin beynəlxalq nüfuzunun daha da qalxmasına, imicinin möhkəmlənməsinə xidmət edəcək bu kimi mədəni layihələrdən danışaraq qeyd etmişdir ki, Azərbaycan hər zaman dünya mədəni irsinə əvəzolunmaz töhfələr vermişdir..
Bir məqama da xüsusi olaraq diqqət yetirilməlidir ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması təkcə ölkəmiz üçün deyil, əslində bütün mədəni beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edən bir qərardır. Eyni zamanda da bu addım dövlətimizin başçısı tərəfindən Azərbaycanın ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya ədəbi-fəlsəfi tədqiqatçılarının diqqət mərkəzində olmuşdur. Bu il dahi şairin 880 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək. Əlbəttə ki, bu yubiley təkcə Azərbaycanda deyil, həm də dünyada geniş şəkildə qeyd olunmalıdır. Danılmaz bir həqiqətdir ki, Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyatı xəzinəsinə çox nadir incilər bəxş etmişlər. Təqdirəlayiq haldır ki, dahi Nizaminin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində isə Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Bütün bunlar da Azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə bağlı Ölkə Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin qələbəsi deməkdir.
Bütün bu deyilənləri yekunlaşdıraraq əminliklə söyləmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu çıxışında mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli-vətənpərvər ruhda tərbiyəsi məsələləri cari ildə də dövlətin əsas vəzifələri sırasına daxil edilmiş və bu sahədə əsas prioritet fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilmişdir.

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Səttar Möhbalıyev öz şəxsi vəsaiti hesabına şəhid ailəsinin evini təmir etdirdi

Səttar Möhbalıyev öz şəxsi vəsaiti hesabına şəhid ailəsinin evini təmir etdirdi


Birmənalı olaraq deyə bilərik ki, artıq tarixə çevrilmiş 2020-ci il bütün dünya dövlətləri və xalqları üçün çox çətin bir sınaq dövrü oldu.

Həm də bu çətinliyin mahiyyətində duran COVİD-19 pandemiyası hələ də bəşəriyyəti təhdid etməkdə davam edir. Lakin bütün bu çətinliklərə rəğmən ötən il Azərbaycan üçün eyni zamanda möhtəşəm tarixi qələbə ili kimi tarixə düşdü. Xalqımız bəlkə də indiyədək müşahidə olunmamış böyük bir miqyasda birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda müharibə apardı və bu müharibədən qalib çıxdı.
Bu gün biz artıq qalib ölkə, qalib xalq kimi azad edilmiş torpaqlarımızda quruculuq işləri aparırıq. Əlbəttə ki, zaman keçdikcə erməni işğalının nəticəsi olan dağıntılar aradan qaldırıldıqca müharibənin ağrı-acıları da getdikcə unudulacaq. Lakin bir həqiqət xalqımızın yaddaşında əbədi olaraq qalacaq ki, bu da bizə qələbəni qazandıran şəhidlərimizin və qazilərimizin xatirəsi olacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, biz torpaqlarımızı şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına azad etmişik.
Heç şübhəsiz Azərbaycan dövləti hər zaman olduğu kimi, hər bir şəhid ailəsini, hər bir qazimizi böyük qayğı ilə əhatə edir. Bu insanların maddi təminatlarından tutmuş bütün sosial-məişət problemlərinin həllinə qədər hər bir ehtiyaclarının ödənilməsini dövlətimiz xüsusi diqqət mərkəzində saxlayır. Bununla belə müxtəlif qurum və təşkilatların, eləcə də ayrı-ayrı insanların bu yönümdə gördükləri xeyriyyə işləri də mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da bir müstəqil qurum olaraq daima dövlətimizin irəli sürdüyü bütün çağırışlara ilk cavab verən, müxtəlif layihələrə dəstək verən bir təşkilatdır. Lakin bizim bugünkü mövzumuz qurumun deyil, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin xeyirxah əməli barədədir. Bu əməl isə ondan ibarətdir ki, Səttar müəllimin öz şəxsi vəsaitləri hesabına şəhid zabitimiz, polkovnik-leytenant Sədi Musayevin ailəsinin yaşadığı evi təmir etdirib.
Qeyd edək ki, şəhid Musayev Sədi Süleyman oğlu 1979-cu ildə anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. Peşəkar hərbiçi zabit idi. Sədi Musayevi tanıyanlar deyirlər ki, onun əsl peşəkar hərbiçi keyfiyyətləri tabeliyində vuruşan şəxsi heyətin komandirinə olan inam hissini artırmaqla yanaşı, onların döyüş ruhunun yüksəksəlməsinə də öz müsbət təsirini göstərirdi. Tərtər, Füzuli, Beyləqanda şərəflə xidmət edən Sədi Musayev polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdi. 2016-cı ildə Sədi Musayev Aprel döyüşlərinin iştirakçısı da olmuşdu.
Bu gün Xətai rayonu, Çingizxan Kərimov küçəsində yerləşən evdə şəhid Sədi Musayevin bizlərə əmanət qoyub getdiyi ailəsi – həyat yoldaşı və şəhidimizin yadigarları olan bir oğul və bir qız övladı yaşayır. Elə Səttar Möhbalıyevin öz vəsaitləri hesabına təmir etdirdiyi ev də məhz həmin evdir.
Əslində bu kimi xeyir işlərin mahiyyətində sadəcə maddi dəstəkdən qat-qat daha böyük və əhəmiyyətli məqamlar durur. Məsələ bundadır ki, bizim müharibə dövründə nail olduğumuz birliyimizi və həmrəyliyimizi bu gün də yaşatmağımız son dərəcə vacib şərtdir. Əgər biz bunu bacara bilməsək şəhidlərimizin ruhu bizdən küsər. Əgər biz birliyimizi qoruyub saxlaya, hətta daha da gücləndirə bilməsək qazilərimizin yaraları sağalmaz. Şəhidlərimizin sona çatdıra bilmədikləri işləri tamamlamaq, onların yadigarlarına qayğı göstərmək də bizim bu birliyimizin bir göstərisi olmalıdır.

“Qarabağ Dirçəliş Fondu” xalqımızın birlik və həmrəylik rəmzinə çevriləcək

Səttar Möhbalıyev öz şəxsi vəsaiti hesabına şəhid ailəsinin evini təmir etdirdi


Aərbaycan xalqı 2021-ci ilə möhtəşəm tarixi qələbə ilə qədəm qoydu.

Ölkənin ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan dövləti bir daha beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyi prinsiplərinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu gün artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir mərhələ başlayır. Heç şübhəsiz bu mərhələdə işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın siyasi-iqtisadi suverenliyinin daha da gücləndirilməsi yönümündə mühüm dayaq amillərdən biri kimi çıxış edəcək. Tezliklə bu bölgələrdə yenidən məskunlaşma həyata keçiriləcək, insanlarımızın layiqli yaşayışı və ümumi iqtisadi fəallıq təmin ediləcək. Qarabağda və ətraf rayonlarda həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Əlbəttə ki, bu quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf borcudur. Çünki bu dəstək həm də bizim hər birimizin qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfəsi olacaq. Məhz elə bütün bu vacib məqamları nəzərə alaraq Ölkə Prezidenti cənab İlham Əliyev 2021-ci il yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Yeni yaradılan bu Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
Birmənalı olaraq qeyd edilməlidir ki, “Qarabağ Dirçəliş Fondu”nun yaradılması Azərbaycan xalqının Qarabağa möhtəşəm qayıdışı istiqamətində dövlətimiz tərəfindən atılan ən əhəmiyyətli addımlardan biridir. 30 il ərzində işğal altında olan Vətən torpaqlarında erməni qəsbkarlarının törətmədikləri vandalizm aktının qalmadığını hamımız gözəl bilirik. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz viran edilib, təbii sərvətlərimiz talan olunub, tarixi-mədəni irsimiz tamamilə yox edilmək məqsədilə olmazın dağıntılara məruz qoyulub. Düşmən bu torpaqların əsl sahiblərini dünyadan gizlətmək üçün əlindən gələni edib. Lakin bütün bunların bir nəticəsi olmadı. Vətən torpağı düşmən tapdağı altında əbədi qala bilməzdi və qalmadı. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, biz öz torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad etdik. Bu gün isə həmin torpaqları alnımızın təri ilə yenidən dirçəltməyə başlayırıq. Qarşıda bizi irimiqyaslı quruculuq-bərpa işləri gözləyir və bu işlərdə də öz payı olduğunu görmək hər kəsin arzusudur. Lakin belə məsələlərdə pərakəndəlik də qətiyyən yolverilməz bir haldır. Bəhz elə bu baxımdan da “Qarabağ Dirçəliş Fondu”nun yaradılması müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.
Əminəm ki, “Qarabağ Dirçəliş Fondu” 2021-ci ildə Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək və məhz bu Fondun dəstəyilə işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda respublikamızın inkişaf etmiş regionları sırasında öz layiqli yerlərini tutacaqlar.

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Oxşar xəbərlər