
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq özünüməşğulluq proqramı icra edilir:
“Özünüməşğulluq proqramı aktiv məşğulluq tədbiri kimi ən ideal bir proqramdır. Ehtiyacı olan ailələrin məşğulluğunun təmin edilməsində, məhz özünüməşğulluq proqramının imkanlarından istifadə edirik”.
O qeyd edib ki, 2021-ci ildə nazirliyin hədəfləri çoxdur:
“Hazırda Milli Məclisdə bir neçə qanun layihəsi üzərində son tamamlanma işləri gedir. Burada əsas hədəf şəhid ailələrinin, müharibə əlillərinin sosial ödənişlərinin artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır”. (oxu.az)