27 COVID-19 xəstəsi ictimai yerdə aşkarlandı

27 COVID-19 xəstəsi ictimai yerdə aşkarlandı Dünən ölkədə 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Oxşar xəbərlər