
Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunacaq:
- şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;
- müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;
- təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;
- məişət şəraitinin yaxşılaşdırılması;
- Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.