Yaşar Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Yaşar Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! "Azəristiliktəchizat" ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və vəzifəsi Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. "Azəristiliktəchizat" ASC-nin strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 511 nömrəli 27 noyabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir və mərkəzi idarəetmə aparatı, 11 xidmət təsərrüfatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 22 İstilik Sistemləri İstismar Sahəsindən, 51 vahid regional İstilik Sistemləri İstismar Sahəsindən, gücü 807 Qkal/saat olan 5 Rayon istilik qazanxanası, gücü 1501,2 Qkal/saat olan 530 məhəllədaxili istilik qazanxanası, 94 istilik məntəqəsi, 870 km-ə yaxın istismar edilən magistral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik kommunikasiyalarından ibarətdir. Cəmiyyətin tərkibində xüsusiləşdirilmiş elektrik təsərrüfatı, nəzarət ölçü cihazları və avtomatika, qəza təmir, istilik mübadilə və su hazırlığı, qaz təsərrüfatı, nəqliyyat xidmətləri və mexaniki təmir sexi fəaliyyət göstərir. Cəmiyyətin Yasamal və Xətai rayonları ərazisində texniki bazaları mövcuddur, baş ofisi Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanda yerləşir. Mərkəzi Dispetçer xidməti və “Çağrı mərkəzi” fasiləsiz fəaliyyətdədir. Hazırda Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir. 31 dekabr 2018-ci il tarixə işçilərin siyahı sayı 2773 nəfər, o cümlədən daimi işçilər 1563 nəfər, mövsümü işçilər 1210 nəfər təşkil edir.


HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər "Azəristiliktəchizat” ASC-də, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya “Azəristiliktəchizat”ın növbəti özbaşınalığı: - “Əlavə pul yığır”. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. "Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənovdur.

"Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənovun adı, rayon ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Yaşar Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Yaşar Həsənov vətəndaşlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Yaşar Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Azəristiliktəchizat” ASC-nin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Sentyabrın 27-si Azərbaycan tarixində yeni səhifə açıldı. Ölkəmiz doğma torpaqlarının düşmən tapdağından azad edilməsi üçün əks-həmlə əməliyyatlarına başladı və 44 gün ərzində öz torpaqlarını yağı düşməndən azad etdi. İkinci Vətən müharibəsini yaşadıq. Siyasi meydanda qələbəni hərbi gücümüz təmin etdi. Azərbaycan Ordusu öz sözünü dedi və düşmənə qan uddurdu. Nəhayət, 44 günlük müharibənin yekunu Bəyanatın imzalanması ilə oldu. Cənab Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsini müvəffəqiyyətlə başa vurdu. Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı.
Məhz noyabr ayının 10-da imzalanan bəyanatla Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bəyanat Ermənistanın kapitulyasiyası idi. Faktiki olaraq Ermənistan tərəfi müharibədən məğlub çıxmış olduğunu bu bəyanatla təsdiq etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcə bəyanatı imzalamaqdan imtina etməsinə baxmayaraq, sonradan imzalamaq məcburiyyətində qaldı. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi Paşinyan bu bəyanatı Azərbaycanın dəmir yumruğunun hesabına imzaladı.
Bəyanatla uzun illər ərzində davam edən işğala son qoyuldu, insanlarımızın 30 illik həsrətinə son qoyuldu. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edildi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da Naxçıvanın 30 illik blokadasına son qoyuldu və türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa edildi.
Bəyanatın ən mühim üstünlüyü ondan ibarət oldu ki, Dağlıq Qarabağın statusu haqqında bir kəlmə belə onda yer almadı. Belə ki, Qarabağa heç bir status, muxtariyyət verilmədi.
10 noyabr tarixli bəyənatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürdü. Bu prosesə, eyni zamanda münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək ki, bu da münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində müstəsna rol oynayacaqdır.
Beləliklə, 10 noyabr bəyanatı Azərbaycan Dövlətinin tarixi bir qələbəsidir. Bu bəyanat Azərbaycanın siyasi iradəsi, əzmi və gücüdür. Bənayatla təsdiq olundu ki, Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər