Nazir Dadaşov: İşğaldan azad edilən Suqovuşan əkin sahələrinə həyat verir

Nazir Dadaşov: İşğaldan azad edilən Suqovuşan əkin sahələrinə həyat verir Quba Suvarma Sistemləri İdarəsinin rəisi Nazir Dadaşov - 30 ilə yaxın işğal altında olan Suqovuşan kəndinin düşməndən azad edilməsindən sonra Tərtər, Goranboy, Yevlax və Bərdənin torpaqlarına da yeni həyat gəlib. Artıq Suqovuşan su anbarından buraxılan suyun nizamlanması nəticəsində minlərlə hektar əkin sahəsinin davamlı olaraq suvarılması kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb. Suqovuşan kəndinin işğaldan azad olunması və orada yerləşən su anbarından və hidroqovşaqdan əkin sahələrinə suyun verilməsi yeni layihə hazırlığına başlanmasına səbəb olub.

Ermənistan ikinci atəşkəs elanından dərhal sonra, gecə yarısı Gəncəni yenə namərdcəsinə vurub, 13 nəfər dinc sakin – uşaq, qadın, qoca yatarkən qətl edilib. 50-dən çox insan yaralanıb, insanların evləri tarmar edilib. Ermənistan döyüş meydanında məğlub olanda heyflərini dinc əhalimizdən çıxıblar, bu birinci Qarabağ savaşında da belə olub, Xocalını törədənlər də onlardır. Bu insanlıq əleyhinə cinayətdir, heç bir müharibə qanununa, beynəlxalq konvensiyalara uyğun gəlmir.
Azərbaycan ordusu heç vaxt mülki şəxslərə atəş açmayıb, bu gün də açmır. Müharibəni mərdcəsinə aparır.
Dinc torpaqlarımıza hücumlar olsa da, vətəndaşlarımız öz torpaqlarında yaşayırlar və heç yerə getməyəcəklərini qürurla bildirirlər.
Ermənistanın məqsədi məlumdur: biz də İrəvanı vuraq, bununla da münaqişəyə Rusiya və KTMT qatılsın...
Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçını qovur. Bizim Ermənistan ərazisində hərbi məqsədimiz yoxdur. Lakin, Ermənistan ərazisindən Azərbaycanın dinc şəhərlərinə qarşı təhlükəli silahlardan istifadə edilərsə, necə ki, Gəncə Vardenis rayonu ərazisindən vuruldu, bu artıq Azərbaycana özünü müdafiə hüququnu verir.
Gəncədə ölən günahsız körpə, qadın və valideynlərin qisasını şanlı ordumuz döyüş meydanında aldı! Füzuli şəhəri və ətraf bir neçə kənd işğaldan azad edildi, tarixi Xudafərin körpüsü bizim nəzarətimizə keçdi! Həm Füzulidə, həm də Xudafərində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.
Azərbaycanın haqlı və ədalətli mübarizəsi dünya ölkələri tərəfindən dəstəklənir. Ən çox qardaş Türkiyə mənəvi dəstək olur, bu da xalqımızı ruhlandırır. Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan ordusunun uğurunu ifadə edir.
“Şuşanın Azərbaycan vətəndaşlarının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.” Cənab Prezidentin bu sözləri bizi çox ümidləndirir.
Əlbəttə, bu müharibədə itkilərimiz bizi kədərləndirir. Mülki əhalimiz tələf olur, gənc əsgərlərimiz, hərbçilərimiz rəşadət, fədakarlıq göstərərək şəhid olurlar.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Bu əlbəttə böyük faiədir, lakin xalqımız dözür və bir arzuyla yaşayır – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarımızda qaldırılması!

Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir. Keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir. Buna baxmayaraq Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır.
Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.

Əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz xalqımızın arzusunu gerçəkləşdirəcək! Tezliklə işğaldan azad olmuş torpaqlarımıza qaçqınlarımız qayıdacaq, geniş quruculuq işləri başlayacaq!
Yaşasın Ali Baş Komandan, yaşasın Müzəffər Ordumuz”.
Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər