.jpg)
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Abdin Fərzəliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevdir.
Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Abdin Fərzəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Abdin Fərzəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Abdin Fərzəliyevdən danışdılar yaxşı ki, Abdin Fərzəliyev Nərimanov rayon İcra Hakimiyyəti başçısıdır…Abdin Fərzəliyev öz isguzarlığı ilə tanınır və seçilir….
Abdin Fərzəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Abdin Fərzəliyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Abdin Fərzəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Abdin Fərzəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Abdin Fərzəliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Abdin Fərzəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Abdin Fərzəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Nərimanov rayonunda abad həyət sakinlərin ixtiyarına verilmişdi

Nərimanov rayonunda abad həyət sakinlərin ixtiyarına verilmişdir
Respublikamızın hər yerində, eləcə də, Bakı şəhərində aparılan irimiqyaslı abadlıq və yenidənqurma işləri çərçivəsində Nərimanov rayonu ərazisində də bu işlər uğurla davam etdirilir.
234 ailənin yaşadığı P.Çaykovski küçəsi 2 və 4 saylı binaların həyəti Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən abadlaşdırılmış və sakinlərin istifadəsinə verilmişdir. Qeyd edək ki, ərazidə müasir işıqlandırma sistemi quraşdırılmış, məhəllədaxili yollara yeni asfalt örtüyü çəkilmiş, bardürlər yenisi ilə əvəz olunmuşdur. Sakinlərin istəyi nəzərə alınaraq, avtomobil parklanma yerləri yaradılmış, sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 4 ədəd söhbətgah, idman hərəkətləri ilə məşğul olmaları üçün müxtəlif qurğular, həmçinin uşaqlar üçün yelləncəklər quraşdırılmışdır. Ərazidə mövcud baxımsız ağaclar budanmış, yeni ağac, kol və müxtəlif gül bitkiləri əkilmişdir.
O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamının icrası ilə əlaqədar “Lifttəmir” İstehsalat Birliyi tərəfindən qeyd olunan hər iki binada cəmi 12 ədəd olmaqla yeni, müasir liftlər quraşdırılmışdır.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)