Əliabbas Salahzadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Əliabbas Salahzadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır Milli Məclisin deputatı Əliabbas Salahzadə dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Əliabbas Salahzadəni tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Milli Məclisin deputatı Əliabbas Salahzadədir.

Milli Məclisin deputatı Əliabbas Salahzadə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əliabbas Salahzadə bu işin müqəddəsliyini qoruyub saxlayır. Əliabbas Salahzadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Əliabbas Salahzadədən danışdılar yaxşı ki, Əliabbas Salahzadə Milli Məclisin deputatıdır…Əliabbas Salahzadə öz isguzarlığı ilə tanınır və seçilir….

Əliabbas Salahzadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Əliabbas Salahzadəni heç vaxt əqidəsindən döndərə bilməz.

Əliabbas Salahzadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əliabbas Salahzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əliabbas Salahzadə ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Əliabbas Salahzadənin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əliabbas Salahzadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Milli Məclisin deputatı Əliabbas Salahzadə - Mənim prezidentim daim ölkəm üçün çalışır. Müasir Azərbaycan Respublikasının banisi ulu öndər Heydər Əliyevin layiqli varisi olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının 17 illik fəaliyyətinə nəzər saldıqda,onu xalqını qəlbən sevən, dərin erudisiyalı.qətiyyətli,dövrün çağırışlarına çevik cavab verən bir lider olduğunu görürük. Möhtərəm prezidentimizi dünyada güclü bir siyasətçi kimi qəbul edilir və ona daim hörmətlə yanaşırlar.Onun apardığı düşünülmüş.uzaqgörən siyasət nəticəsində ölkə iqtisadiyyatı son illər sürətli və dinamik inkişaf yoluna qədəm qoydu.
Bu gün Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Dövlət başçımızın gerçəkləşdirdiyi uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın nəinki bölgədə.bütün dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir.
Müharibə şəraitində yaşayan Azərbaycan eyni zamanda bölgədə ən müasir silahlarla təmin olunmuş güclü orduya sahib olmuşdur.Bu da iyul ayında Tovuz hadisələrində bir daha özünü parlaq şəkildə göstərdi.Torpaqlarımızda təxribat törətmək istəyən düşmən ordumuzdan güclü zərbə aldı və Azərbaycan ordusunun əzmi qarşısında geri çəkilməli oldu.
"Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır" - deyən cənab Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların həyata keçirilməsini pandemiya zamanı nəinki dayandırmadı.əksinə daha da dərinləşdirdi.Onun apardığı bu islahatlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılandı və müdafiə olundu.Möhtərəm prezidentimiz karantin günlərində də daim diqqətini iqtisadiyyatın inkişafına,sadə vətəndaşın həyat rifahının yüksəldilməsinə yönəltdi.
Belə ki.14 sentyabr 2020-ci il tarixdə Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışında cənab prezident bir daha ölkə iqtisadiyyatının inkişafını öz fəaliyyətinin prioritet amili olduğunu bəyan etdi:”Daxili tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir.Son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir”.
Xaricdə yaşayan soydaşlarımıza daim böyük diqqət göstərən dövlət başçımız respublikamızın inkişafında dünya azərbaycanlılarının da iştirakını görmək istəyir.onların imkan və səylərini dövlətimizin inkişafı üçün vacib məqam hesab edir: ”Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar”.
Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv iştirak edir və onların fəaliyyəti üçün dövlətimiz geniş imkanlar yaradır. Çünki Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın,o cümlədən Azərbaycan gəncinin sosial rifahına yönəlib
“Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.”

Bu gün cənab Prezident tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə aparılan islahatlar ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən sosial rifahının yüksəlişini təmin edir.Cənab İlham Əliyevin prezident olduğu 17 ildə ölkəmizin həyatının müxtəlif sferalarında- istər iqtisadiyyat və ya mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində baş verən dinamik inkişaf Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır.Xalq öz prezidentini sevir və daim ona dəstəyini nümayiş etdirir.Bu güc,bu birlik-həmrəylik əbədidir,tükənməzdir.

Oxşar xəbərlər