Baş Prokurorluq Masazır gölü ilə bağlı araşdırmalara başladı

Baş Prokurorluq Masazır gölü ilə bağlı araşdırmalara başladı Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu ərazisində yerləşən Masazır gölünün çirkab suları və müxtəlif tullantılarla çirklənməsinə dair məlumatlar yayılıb.
Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumatda bildirilib ki, həmin məlumatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülməklə araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri araşdırmaya cəlb edilməklə həmin əraziyə Baş Prokurorluğun qeyd edilən idarəsinin və Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

“Qeyd edilən gölün hazırkı ekoloji vəziyyətinin səbəb və şəraitinin, həmçinin əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, məlumatda bildirilib.

Oxşar xəbərlər