Azərbaycanın bu iki rayonu ləğv edilir

Azərbaycanın bu iki rayonu ləğv edilir Gəncənin Nizami və Kəpəz rayonları ləğv edilərək idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi təklif olunur.
Gəncə şəhər ərazisinin rayonlara bölünməsi 1980-ci il noyabrın 21-də həyata keçirilib.
Hələ o zamanlar şəhər Kirovabad adlandığından, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə rayonlardan biri Kəpəz, digəri isə şəhərin tarixi adını yaşatmaq üçün Gəncə rayonu adlandırılıb. 1989-cu ildə şəhərin tarixi adı bütövlükdə özünə qaytarıldıqdan sonra Gəncə rayonunun adı 1991-ci ildə Nizami rayonuna dəyişdirilib.

İndi Nizami və Kəpəz rayonlarının ləğv edilərək Gəncə şəhərinin tərkibinə qatılması təklifi sakinlərin də ürəyincədir. APA TV

Oxşar xəbərlər