Azərbaycanlı Rusiyada şirkət prezidenti oldu

Azərbaycanlı Rusiyada şirkət prezidenti oldu “Vimpelkom”un (“Beeline” brendi) direktorlar şurası avqustun 17-də keçirilən iclasda əslən azərbaycanlı Rəşid İsmayılovu şirkətin yeni prezidenti təyin edib.

“TASS” xəbər verir ki, R.İsmayılov şirkət ilə 2023-cü ilin avqust ayına qədər üç illik müqavilə imzalayıb.

Bildirilib ki, daha əvvəl İsmayılov “Beeline”da baş direktorun müşaviri kimi işə başlayıb. Ona qədər şirkətin prezidenti vəzifəsini 2015-ci ildən Aleksandr Krupnov daşıyıb.

Qeyd edək ki, Rəşid İsmayılov 2014-2018-ci illərdə Rusiya Telekommunikasiya və Rabitə nazirinin müavini vəzifəsini icra edib. Daha sonra isə o, Rusiyada “Nokia” şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən, Runet Davamlı İstismar Qanunu çərçivəsində Trafik filtrləmə sistemlərini tətbiq edən Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzinə rəhbərlik edib.

Oxşar xəbərlər