Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb

Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb Avqustun 12-də 163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə 2130 ədəd avtobus xətlərə çıxarılıb.

BNA-dan verilən məlumata görə, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir. Məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır.

Bildirilir ki, mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş olunur. Tövsiyə edilir ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər.

Qeyd edək ki, nəqliyyat vasitələrinin çoxluğundan və qol nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımaların təşkilinə mənfi təsir edir.

Oxşar xəbərlər