Bakıda yoluxma faizi ilə bağlı yeni statistika açıqlandı

Bakıda yoluxma faizi ilə bağlı yeni statistika açıqlandı Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

Koronavirusinfo.az saytı verdiyi xəbərə görə, statistikadan görünür ki, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayonda yoluxma 14 faiz təşkil edir. İkinci sırada isə 12,3 faizlik nəticə ilə Xətai rayonu qərarlaşıb. Sabunçu 11,9, Yasamal 11,8, Nəsimi 9,3, Suraxanı 8,2, Nərimanov 8,2, Nizami 7,4, Qaradağ 7,3, Səbail 4,4, Xəzər 4,7, Pirallahıda 0,3 faiz yoluxma qeydə alınıb.

Qeyd edək ki, hazırda ölkə üzrə 6288 aktiv koronavirus xəstəsi var. Onların da 56 faizindən çoxu Bakının payına düşür.

Oxşar xəbərlər