Türkiyədə “Ayasofya” izdihamı - Fotolar

Türkiyədə “Ayasofya” izdihamı - Fotolar Bu gün “Ayasofya” 86 il sonra məscid kimi ibadətə açıq elan edib. Vətəndaşlar "Ayasofya-i Kebir Cami-i Şerifi"də ilk namaz qılmaq üçün səhər azanından sonra bölgəyə axın ediblər.

Məscidə gedən 11 nöqtədə təhlükəsizlik məntəqələri quraşdırılıb, ibadət üçün gələnlərə maska verilib, əlləri dezinfeksiya olunub.

Bundan əlavə, İstanbul valisi Ali Yerlikaya “Ayasofya” ətrafında namazı qılmaq üçün nəzərdə tutulan yerlərin dolduğunu, bu səbəbdən əraziyə girişlərin bağlandığını söyləyib. Həmçinin tarixi məkana yaxın olan metrostansiyalar fəaliyyətini dayandırıb. Eyni zamanda izdihama görə böyük tıxaclar yaranmağa başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da cümə namazı üçün iqamətgahından “Ayasofya”ya gəlib.


Türkiyədə “Ayasofya” izdihamı - FotolarTürkiyədə “Ayasofya” izdihamı - FotolarTürkiyədə “Ayasofya” izdihamı - FotolarTürkiyədə “Ayasofya” izdihamı - FotolarTürkiyədə “Ayasofya” izdihamı - Fotolar

Oxşar xəbərlər